Bu günki AzadlıqLive-da:
Əli Həsənov deyir ki, bəsdir, dotasiya aldılar, rayonlar özü-özünü dolandırmalıdır
Bəs rayondakı iş adamları nə deyir? Bu, mümkündürmü? Buna hansı şərait var?
Lənkəranlı fermer Əflatun Səfərov deyir ki, camaat ən çox pomidor əkir, kilosunu 8 qəpiyə sata bilmir. Belə vəziyyətdə rayon özünü necə dolandırsın?
Məişət texnikasından nə bahalanıb? Köhnə modellərin manatla qiyməti dəyişməyib...İqtisadçı Məhəmməd Talıblı məişət texnikası bazarında qiymətlərin nisbətən aşağı olmasını müvəqqəti sayır
İqtisadiyyat pulsuzlaşır
İqtisadiyyatın manatsızlaşması yanvarda da ara verməyib. Mərkəzi Bankın (MB) məlumatına görə, ötən ay iqtisadiyyatın pul bazası 16% (1 milyard 114.4 milyon manat) azalaraq 5 milyard 787.4 milyon manat olub.
Pul bazasının ən yüksək həddi 2014-cü ilin yayına təsadüf edir - 11.7 milyard manat. İndiki səviyyə isə həmin həddən təxminən 2 dəfə azdır. Ekspertlər hesab edir ki, pul bazasının azalması MB-nin manat siyasətindən qaynaqlanır. Pul bazasının azalması iqtisadiyyata yaxşı heç nə vəd etmir
Müxalifət koalisiya yaradır
11 müxalifyönümlü siyasi partiya fevralın 3-də Bakıda Antiböhran Koalisiyası yaratdıqlarını elan ediblər.
Zuckerberg 4-cü yerə çıxdı
Bu ilin ilk aynda Facebook yaradıcısı Zuckerbergin sərvəti 9,2 faiz artıb. O, Bloombergin Milyarderlər İndeksində 4-cü yerə çıxıb. Onun var-dövləti 50 milyard dollardır. Birinci yerdə Microsoftun rəhbəri Bill Gatesdir- 78,7 milyard. İlk 10-luqda olanların yarısı texnoloji şirkətlərdəndir.