Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:27

Çeçenistanda əcaib yenilik: Ruhi-mənəvi pasportlar


-

Bir neçə gün əvvəl Çeçenistan rəhbərliyi ölkənin gənc vətəndaşlarının "ruhi-mənəvi pasportlar" üçün ərizə verməli olduğu barədə məlumatları təkzib etmişdi.

Bu pasportlarda insanların dini inancı və mənsub olduğu tayfa haqqında məlumatın qeyd olunduğu bildirilir.

Rusiya mediası xəbər verir ki, indi də çeçenlər məktəb və məscidlərdə xüsusi sorğunu cavablandırmağa dəvət edilirlər.

Beynəlxalq Böhran Qrupunun (ICG) Şimali Qafqaz üzrə direktoru Yekaterina Sokiryanskaya öz Facebook səhifəsində yeni sorğunun şəklini paylaşıb.

Sorğu vərəqini dolduran şəxs ona öz fotosunu əlavə etməli və haqqında olan şəxsi məlumatın Rusiya qanunlarına müvafiq şəkildə emal edilməsinə icazə verməlidir.

Bu iki fərq olmasa sorğu vərəqəsi daha əvvəl çap olunmuş "mənəvi pasportlardan" seçilmir. Bu pasportlar Çeçenistanda ictimai qınağa tuş gəlmişdi. Bundan sonra respublikanın rəhbəri Ramzan Kadırov bəyan etmişdi ki, "ölkəmizdə yalnız bir pasport var - Rusiya vətəndaşının pasportu!"

Sorğu vərəqini dolduran şəxslər ümumi məlumatdan başqa mənsub olduqları dini, tayfanı və virdi (dini qardaşlıq) qeyd etməlidirlər. "Vird" çox mühümdür, çünki Çeçenistanda qanunsuz elan edilmiş vəhhabi təriqətinə mənsub şəxslərin virdi olmur.

Ramzan Kadyrov
Ramzan Kadyrov

Şəxsin müdiri, oxuduğu məktəbin direktoru, yerli polis məmuru, yaxud imamı doldurulmuş sorğu vərəqəsini imzalamalıdır. Həmin şəxs sənədi imzalamaqla "bu şəxsin bütün hərəkətləri və davranışı üçün" məsuliyyəti öz üzərinə götürmüş olur.

Müstəqil qəzet olan "Novaya Qazeta"nın redaktoru Yelena Milashina güman edir ki, bu məlumatın toplanması gənc kişi və qadınların ekstremist qruplara qoşulmasının qarşısını almağın bir yolu ola bilər.

Bir Qroznı sakini "Qafqaz qovşağı" portalına deyib ki, onun fikrincə, bu sorğu vərəqəsi çeçenlərə nəzarət etməyə çalışan hakim dairələrin şübhələrinin təzahürüdür.

"Əgər kimsə qanunu pozsa, bunun üçün Cinayət Məcəlləsi var," deyə İslam adlı bu şəxs qeyd edib...

XS
SM
MD
LG