Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:25

Vaqif Bayatlı Odər: 'İşıq istəyənləri həbs etmək ona bənzəyir ki, ...'


Vaqif Bayatlı Odər, Dek2010
Vaqif Bayatlı Odər, Dek2010

“Mənim canımın-ürəyimin bir hissəsidir Cocuq Mərcanlı. Əlbəttə, Azərbaycan torpaqlarının azad olunmasına çox sevinirəm. Bizim bayrağın kəndimizə sancılması... Yəni bizim qələbəmiz hələ cocuqdur. Arzu edirəm qələbəmiz böyüsün, Böyük olsun”.

AzadlıqRadiosu-na qısa müsahibə verən Vaqif Bayatlı Odər belə deyir.

Ürəkdən əməliyyata hazırlaşan, səhhətinin uzun-uzadı söhbətlərə imkan vermədiyini söyləyən şair bununla belə, bir neçə sualı cavablandırmaqdan imtina etməyib. Əvvəlcə səhhəti haqda danışıb:

Buna da bax:​ Cocuq Mərcanlıya əlavə 9 milyon ayrılıb

Vaqif Bayatlı Odər: "Mən Böyük Mərcanlıdanam, Cocuq Mərcanlı da həmin kəndin bir hissəsidir"
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00
Direct-ə keçid

– Əməliyyat gələn ayın axırlarına təyin olunub.

– Ürəyinizlə bağlıdır?

– Həm ürəklə, həm də mən beynimdən əməliyyat keçirmişəm. İndi həm də onu yoxlayacaqlar. Vacib əməliyyatdır. Sizinlə güclə danışıram. Bir dəqiqədən artıq danışa bilmirəm.

– O zaman çox qısa. Siz əslən indi işğal altında olan Cəbrayıldansız və bugünlərdə bu rayonun Cocuq Mərcanlı kəndinə köç başlayıb. Təəssüratınız nədir?

– Mən Böyük Mərcanlıdanam, Cocuq Mərcanlı da həmin kəndin bir hissəsidir. Hə, mənim canımın-ürəyimin bir hissəsidir Cocuq Mərcanlı. Əlbəttə, Azərbaycan torpaqlarının azad olunmasına çox sevinirəm. Bizim bayrağın kəndimizə sancılması... Cocuq oldu. Cocuqdan başlayır hər şey. Yəni bizim qələbəmiz hələ cocuqdur. Arzu edirəm qələbəmiz böyüsün, Böyük olsun.

Buna da bax: Qarabağa 'qayıdış planı', yoxsa şou?

– Baş çəkə bilmisinizmi Cocuq Mərcanlıya?

– Yox, mən heç evdən çıxa bilmirəm. Amma ürəyim...

– Yəqin ürəyiniz ordadır?

– Mən özüm də ordayam, heç Bakıya gəlib çıxmamışam. Əzəldən ordayam. Tək orda yox, Azərbaycanın hər bir kənd-kəsəyindəyəm, türk dünyasının hər kənd-kəsəyindəyəm, köyündəyəm. Yəni burda deyiləm. Burda ancaq kiçicik bir hissəmdir.

– Cocuq Mərcanlıya qayıdışa kimi hakimiyyətin təbliğatı kimi baxır, kimi də itirilən torpaqların qaytarılacağına inamın bərpası kimi. Siz nə düşünürsüz? Azərbaycan 1990-cı illərdə itirdiyi torpaqlara qayıda biləcəkmi?

– Mütləq, mütləq! Türk heç vaxt öz torpağını heç kimə vermir. Allah qoysa, əvvəl-axır hamısını alacağıq. İnsanlar türk olduqlarını anladıqca köhnə yurd yerlərini qaytaracaqlar.

Buna da bax:​ Aksiyada tutulan köçkünlərin işi məhkəməyə gedir

– Ötən ilin sonlarında Cəbrayıldan olan köçkünlər Biləsuvarda etiraz aksiyası keçirdilər. Sonra da o aksiyada iştirak edənlərdən bir neçəsi həbs olundu. Onların aqibətiylə maraqlandınızmı?

– Mən bir ildi ağır xəstəyəm. Heç xəbərim olmayıb. Həbs ediblər onları? İşıq istədiklərinə görə?

– Qəsəbədə onda qaz yox idi, elektriki də fasilələrlə verirlərmiş. Buna etiraz edənlərdən 4-5 nəfəri həbs ediblər.

– Mən belə düşünürəm ki, işıq istəyən adamları həbs etmək təxminən ona bənzəyir ki, qaranlığı bayraq kimi qaldırasan. Hə, qaranlığı qaldırasan....

Buna da bax: Köçkünlər aksiya keçirdi, həbs olunanlar var [video] [yenilənir]

– Vaqif bəy, şeir necə, yaza bilirsinizmi?

– Bir kitabım hazırlanır. Bu ilin axırı, gələn ilin əvvəlinə çıxmalıdır. Şeirlər şübhəsiz var, yazıram.

Şairə daha çox əziyyət verməmək üçün söhbəti dayandırırıq. O da öz növbəsində vəd verir ki, əməliyyatdan sonra, “səhhətinin şah vaxtında” AzadlıqRadiosu-na geniş müsahibə verəcək.

İşığı kəsilən sakinlər etiraz edib
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG