Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:39

Cəbrayıllı köçkünlərin qəsəbəsində indi işıqlar yanır [video]


«Uşaqlarımız narkoman deyil»- həbs olunan köçkünlərin yaxınları
Gözlə

No media source currently available

0:00 0:14:42 0:00

«Uşaqlarımız narkoman deyil»- həbs olunan köçkünlərin yaxınları [video]

Düz bir həftə öncə - evdə işıqları yanmadığına görə etiraz edən Cəbrayıllı məcburi köçkünlərdən 5 nəfəri yeni ili həbsdə keçirməli olacaq.

Onlar özgə əmlakını məhv etmə, ictimai qaydanı pozma və hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə ittiham olunublar, onların barəsində 3 aylıq həbs qət-imkan tədbiri seçilib.

5 nəfəri yeni ili həbsdə keçirəcək

Ailə üzvləri deyirlər ki, həbs olunanlar arasında evində azyaşlı uşağı olanı da var, evin yeganə qazanc gətirəni də, xəstə olanı da...

Buna da bax:​ Köçkünlər aksiya keçirdi, həbs olunanlar var [video] [yenilənir]

Firuzə Alməmmədova həbs olunanlardan Gülağa Alməmmədovun anası: "Uşaqlar ağlayıb atalarının yolunu gözləyir. Mən prezidentdən xahiş edirəm ki, bu həbslərdən xəbər tutsa, onları azad etdirsin. Mənim oğlum Qarabağ müharibəsi əlilidir. İki yerdən yaralanıb. Bakıdan həkimdən gəlmişdi. Evdə sistem altında idi. İşıqlar yanmırdı deyə, qoşulub gedib".

"Biz ancaq işıq istəyirdik"

Afilə Bayramova həbs olunanlardan İlkin İsgəndərovun anası: "Ancaq biz işığımızı istəyirdik. Camaat nümayiş edib, yola çıxanda bu da ayağında qadın tərliyi ilə çıxıb. Birlikdə gediblər icra hakimiyyətinə. Sonra onlardan 3-nü, ardınca da 2-ni həbs ediblər".

Buna da bax: Biləsuvardakı etirazlarda 10 yaxın şəxs saxlanıb

Nərminə Məmmədova həbs olunanlardan Cəlal Quliyevin anası: "3 uşağı var. Mənim oğlumu nəyə görə həbs ediblər? Heç bir səbəb də göstərə bilmirlər. Gəlsinlər qəsəbədəkilərdən mənim oğlum haqda soruşsunlar. Mən oğlum gedib evində işıqların yanmasını istəyib. İşıq probleminə görə mənim övladımı tutublar. Mənim uşağımı narkoman adlandırırlar. Halbuki mənim uşağım nə içki içirdi, nə də siqaret çəkirdi. İndi həbs olunandan bəri siqaret çəkməyə başlayıb. Nəyə görə mənim övladımı tutublar".

İşıqlar yansa da...

İndi Biləsuvar rayonunda məskunlaşan Cəbrayıllı məcburi köçkünlərin qəsəbəsində işıqlar yanır. Amma qəsəbə sakinləri deyir ki, hər kəs dilxordur, bayram əhvalı belə yoxdur. Qəsəbə sakinlərini üzən yeganə səbəb həbslər deyil. Həm də onların haqlarını qorumalı, problemlərindən danışmalı olan millət vəkillərinin onlar haqda dediyi sözlərdir.

Buna da bax:​ 'Çəlimsiz uşaqdır, nə canı var, polisə də neyləyə?'

Astan Şahverdiyevin dediyi "otxodlar"

Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat Astan Şahverdiyev AzadlıqRadiosu-na müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb.

"Mən oğlum heç içki də içmir. Aparıb yoxlaya da bilərlər".

"Siz bizim deputatımız bizə bu adı necə qoya bilərsiz?"

"Deputat gəlib bizə deməli idi ki, siz məni seçmisiniz, mən də sizin problemlərinizi həll etməliyəm. Milli Məclisdə sizlərin səsi olmalıyam. Amma bir dəfə də olsun biz onun üzünü görməmişik".

"Hamının işığı səhər saat 10-dan sönüb, axşam saat 6-da yanırdı. bizim də nə evimizdə qaz var, nə də odunumuz var. Qışın günündə evimizi işıqla isidirik".

Buna da bax:​ Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'

Aksiya günü görüş olubmuş

Sakinlər deyirlər ki, işıq pulu ödənişində problemlər olub, buna görə də bir neçə gün qəsəbəyə işıq verilməyib. Elə aksiya olan gün yerli icra hakimiyyəti ilə görüş də olub. Görüşdə razılığa gəliblər və sakinlərə vəd olunub ki, işıqlar yanacaq. Evə qayıdanda işıqların yanmadığını görən sakinlər icra hakimiyyətinin qarşısına etiraza gediblər. Bu vaxt onlarla polis arasında qarşıdurma yaranıb. Sakinlər deyir ki, onların bir tələbi vardı - işıqların yanması. Polis qarşıdurma yaratmaqdansa icra hakimiyyəti ilə onların təhlükəsiz görüşünə imkan yaratmalı idi.

"Etirazlar normaldır və gözləniləndir"

Sosioloq Nail Cəlil deyir ki, kommunal xidmətlərin, ərzağın, digər insanların həyatına birbaşa təsiri olan sahələrdə bahalaşmanın sosial etirazlara səbəb olması normaldır və gözləniləndir. Bu zaman hökumət onları dinləyib, problemlərini həll etməlidir:

Buna da bax: Biləsuvarda saxlanılanın anası: 'Qorxmuram. Balamı günahsız tutublar çünki'

"Bu etirazlardan doğru nəticə çıxarmaq əvəzinə insanları narkoman, cinayətkar, ünsür kimi kobud ifadələrlə təhqir etmək cəmiyyətə qarşı neqativ münasibətin göstəricisidir. Problemi yaradan, qiymətləri artıran, insanların sosial problemləri ilə maraqlanmayan vəzifəli şəxslər bu cür ifadələr işlədərək, insanların üzərinə daha çox getmiş olurlar. Bu da sosial gərginliyi daha da artırır".

Bu etiraz aksiyaları haqda Bakı sakinlərinin də fikirlərini öyrənmişik. Onlardan soruşmuşuq ki, işıq, qaz tələbi ilə etiraz aksiyalarına qatılanların həbsini düzgün hesab edirlərmi?

Sizcə, işıq, qaz tələbi ilə etiraz edənlərin həbsi düzgündürmü?
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Cəbrayıllı məcburi köçkünlərinin aksiyasından dərhal sonra 3 nəfər həbs olunub. Dekabrın 26-da isə daha iki nəfər barəsində Baş prokurorun I müavini Rüstəm Usubovun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Hüquqşünas Xalid Bağırov isə hesab edir ki, hər hansı tələblə aksiya keçirmək insanların haqqıdır. Onların müxtəlif ittihamlarla həbsi ifadə azadlığının, sərbəst toplaşma azadlığının pozulmasıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG