Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Türkiyə Suriyanın İdlib vilayətinə əlavə qüvvələr atacaq


Mevlut Cavusoglu
Mevlut Cavusoglu

Türkiyə Moskva ilə razılaşmadan sonra Suriyanın İdlib vilayətinə əlavə qüvvələr atacaq.

Reutersin məlumatına görə, bunu ölkənin xarici işlər naziri Mevlut Cavusoglu sentyabrın 18-də bəyan edib.

Qeyd edək ki, Moskva ilə Ankara bundan bir gün əvvəl Suriyanın İdlib ətrafında silahsız zona yaradılması və bu zonada birgə patrul nəzarəti tətbiq edilməsi barədə razılıq əldə ediblər.

Cavusoglu həmçinin qeyd edib ki, bölgədə ticarət üçün vacib olan əsas makistiral avtomobil yolları da ilin sonunadək açılacaq. Ölkənin şərqi ilə qərbini, şimalı ilə cənubunu, habelə paytaxt Dəməşqlə Hələbi və Aralıq dənizi sahillərini birləşdirən bu yollar İdlibdən geçir.

Moskva ilə Ankara arasındakı razılaşmaya əsasən bütün radikal silahlı qruplar oktyabrın ortalarınadək bölgəni tərk etməlidirlər.

Reuters agentliyi yazır ki, bu razılaşma Suriya hökumət qüvvələrinin İdlibə hücum təhlükəsini də aradan qaldırıb.

BMT xəbərdarlıq eləmişdi ki, belə bir hücum 3 milyona yaxın əhalisi olan bölgədə hümanitar faciəyə səbəb ola bilər.

Prezidentlər Vladimir Putin və Receb Tayyib Erdoğanın Soçi razılaşmasından sonra Moskva da bəyan elədi ki, İdlibdə heç bir hərbi əməliyyat keçirilməyəcək.

Recep Tayyip Erdogan və Vladimir Putin
Recep Tayyip Erdogan və Vladimir Putin

İdlib, hazırda Suriya ordusunun nəzarətində olmayan sonuncu əyalətlərdən biridir.

Rusiya Suriya münaqişəsində prezident Bashar rejiminin, ABŞ və onun müttəfiqləri isə ona qarşı silahlı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG