Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 09:00

Bakıda 'Caspian Ecology 2016' sərgisi


Caspian Ecology 2016

Noyabr 16-da Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisi açılıb.

“Caspian Ecology 2016” Beynəlxalq sərgisində 14 ölkədən 61 şirkət iştirak edir. Onların arasında Böyük Britaniya, Almaniya, Danimarka, Çexiya və başqa ölkələrin şirkətləri var.

Arkon Flow Systems (Çexiya), BLUCAST JSC (Litva), DIKKAN (Türkiyə) şirkətləri Caspian Ecology sərgisində ilk dəfə iştirak edir.

Buna da bax:​ “Tolerant Azərbaycan gənci” adlı sərgi açılacaq

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi sərginin ənənəvi iştirakçılarıdır.

“Caspian Ecology 2016” sərgisində təbii ehtiyatlardan səmərəli istifadə sahəsində layihələr, bərk məişət tullantılarının toplanması və emalından ötrü sistemlər nümayiş etdirilir.

Sərgi noyabrın 18-də başa çatacaq. Təşkilatçı Caspian Event Organisers şirkətidir.

Buna da bax:

Bakıya toplanan silahların görüntüləri
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

XS
SM
MD
LG