Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Avqust, bazar, Bakı vaxtı 11:52

Cahangir Əsgərova 'Şərəf' ordeni verildi


Cahangir Əsgərov (sol), İlham Əliyev, 17 mart 2011

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovu “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovu “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, o, Azərbaycanda “mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə” təltif edilib.

"Azərbaycan Hava Yolları” rəqib aviaşirkətləri ölkəyə buraxmadığına görə inhisarçı şirkət kimi və üstəlik də qiymətlərin bahalığına görə tənqid olunur. Xüsusən də Gürcüstanla müqayisədə biletlər bir neçə dəfə bahadır və buna görə bəzən Azərbaycan vətəndaşları da qonşu ölkədən uçuşlara üstünlük verirlər. Bəzi mütəxəssislərsə bildirir ki, başqa aviaşirkətlərlə müqayisədə daha keyfiyyətli xidmət göstərdiyinə, yeni və bahalı təyyarələr aldığına görə “Azərbaycan Hava Yolları”nın qiymətləri bahadır.

Aviaşirkət pandemiya dövründə qiymətlərin bahalığına görə sosial mediada daha çox tənqid edilir.

Şərhlər

XS
SM
MD
LG