Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:30

Cəbhəçilərə həbs və pul cəriməsi kəsildi


N.Abdullazadə
N.Abdullazadə

Bir gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanan AXCP üzvləri yanvarın 16-da məhkəmə qarşısına çıxarılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə - polisə müqavimətdə ittiham olunan cəbhəçi gənclərin işinə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyev baxıb.

Məhkəmədə AXCP üzvlərinin hüquqlarını müdafiə edəcək vəkil olmayıb. Prosesi izləməyə gələnlərin də məhkəmədə iştirakına imkan verilməyib. Hər cəbhəçinin məhkəməsinə bir və ya iki nəfər buraxılıb.

Nəsimi rayonu, 22-ci polis bölməsində protokol tərtib olunub ki, cəbhəçi gənclər məhkəmənin qarşısında polisin qanuni tələbinə tabe olmayıb. Məhkəmədə polis bölməsinin əməkdaşı da protokolda yazılanları təkrarlayıb.

Saxlanan fəallardan məhkəmə önünə birinci çıxarılan AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov olub. O, məhkəmədə bildirib ki, yalandır, onlar polisə müqavimət göstərməyiblər, tələbinə də tabe olublar: «Bizə dedilər, gəlin, maşına oturun, biz də müqavimət göstərmədən əyləşdik. Bizi 22-ci bölməyə gətirdilər. Protokolda yazılıb ki, guya bunlar saat 6-da olub. Bu da yalandır. Saat təxminən 4 radələrində olub».

Məhkəmənin qərarıyla E.Səlimov və partiyanın Təşkilat şöbəsinin üzvü Nicat Abdullazadənin hər birinə 20 sutka inzibati həbs verilib. Gənclər Komitəsinin digər üç üzvü - Nicat Nizamov, Şəmistan HəziyevEmin Maniyevin hər birinə 200 manat cərimə kəsilib.

Cəzalandırılan AXCP üzvləri AzadlıqRadiosuna bildirib ki, qərarı qanunsuz və əsassız hesab edirlər, ondan apellyasiya şikayəti verəcəklər.

Cəbhəçi gənclər yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısındakı parkda tutulublar. Həmin vaxt məhkəmədə Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri – partiyanın Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənovun işinə baxılırdı. Cəbhəçilər partiyadaşlarının məhkəməsini izləməyə gəlsələr də, zalda yer olmadığından prosesdə iştirak edə bilməmişdilər. Onlar məhkəmənin qarşısındakı parkda toplaşıb prosesin başa çatmasını gözlədikləri vaxt hadisə baş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG