Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Rusiyalı Maria Butina ABŞ məhkəməsində təqsirini etiraf edib


Maria Butina
Maria Butina

ABŞ-da həbsxanada olan Rusiya vətandaşı Maria Butina xarici agent qismində hərəkətə cəhd ittihamı üzrə təqsirini boynuna alıb. ABŞ prokurorları Butinanın işini Moskvanın ABŞ-ın xarici siyasətinə təsir cəhdləri ilə bağlayırlar.

Bundan əvvəl ona qarşı ittihamları rədd edən Butina dekabrın 13-də Vaşinqtondakı ABŞ federal məhkəməsində ifadəsini dəyişib. Butina istintaqla əməkdaşlıq razılaşması imzaladıqdan sonra prokurorlara kömək etməyə razılıq verib.

Məhkəmə zalına əynində yaşıl rəngli həbsxana paltarı, gözündə eynək və saçları boynunun arxasında düyünlənmiş vəziyyətdə gətirilən Butina hakim Tanya Chutkan-ın suallarına ingilis dilində cavablar verib.

Hələlik onun barəsində hökm çıxarılmayıb, lakin hakim xəbərdarlıq edib ki, onu 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Hakim bunu da bildirib ki, Butinanın necə deportasiya olunacağı onun səlahiyyətlərinə daxil deyil.

AzadlıqRadiosu xəbər verir ki, Butinanın qəsdə cəhd ittihamlarını qəbul etməsi bu iş üzrə başlqalarının da məsuliyyətə cəlb edilməsinə yol açır.

Butinanın sevgilisi kimi təqdim edilən ABŞ vətəndaşı Paul Eriksson hazırda istintaq altındadır.

***

Reuters agentliyi Rusiya casusu olmaqda ittiham edilən Maria Butinanın ötən həftə öz təqsirini etiraf etməyə hazır olduğunu xəbər verir. Bu xəbərə görə Butinanın vəkili və prokurorlar dekabrın 10-da onun ifadəsinin gələn həftə keçiriləcək məhkəməyə qədər dəyişdirilməsi üçün hakimə müştərək ərizə veriblər.

Bundan əvvəl, ötən ay vəkillər və prokurorlar bu məsələnin həlli üçün çox fəal şəkildə birgə işlədiklərini bildirmişdilər.

Butina ilkin dinləmədə Rusiya hökumətinin agenti olmasına və Rusiyanın adından hərəkətlərə hazırlaşmasına dair ittihamları rədd etmişdi.

Prokurorlar Amerika Universitetinin məzunu Butinanı spesifik olaraq bir Rusiya rəsmisi və iki ABŞ vətəndaşının vasitəsilə ABŞ Milli Atıcılıq Assosiasiyasına (National Rifle Association – NRA) nüfuz etmək cəhdində ittiham edirlər.Bu təşkilat, prezident Trump da daxil respubklikaçı siyasətçilərlə sıx bağları olan qüdrətli lobbiçi qrupdur.

Butinanın vəkilləri bildirmişdilər ki, ittihamda sözü gedən rusiyalı rəsmi Rusiya Mərkəzi Bankı sədrinin müavini Alexander Torshin-dir. ABŞ Maliyyə Nazirliyi ötən apreldə onun adını sanksiya siyahısına daxil edib.

Vəkillər habelə ittihamda qeyd olunan iki ABŞ vətəndaşından birinin mühafizəklar siyasi fəal Paul Erickson olduğunu bildiriblər. Onun Butina ilə yaxın münasibətlərdə olduğu deyilir. Nə Torshin, nə də Erickson-a qarşı ittiham irəli sürülməyib.

Butina iyul ayından bəri ABŞ həbsxanasında saxlanır.

Vəkillər və prokurorlar Butina üçün növbəti dinləmənin dekabrın 11-13-ü arasında keçirilməsini təklif ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG