Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Birinci ledi Barbara Bush-un hikmətli kəlamlarından


Keçmiş birinci ledi Barbara Bush.
Keçmiş birinci ledi Barbara Bush.

Telegraph yazır ki, 92 yaşında vəfat etmiş keçmiş birinci ledi Barbara Bush-u bir çox şeylərə görə xatırlayacaqlar.

O ABŞ-ın birinci ledisi olmaqla yanaşı, həm də iki prezidentin yaşadığı siyasi ailənin matriarxı idi.

Savadsızlığın aradan qaldırılması üçün kampaniya aparır, xeyirxah işlər görürdü. Amma bir çoxları xanım Bush-u həm də hikmətli kəlamları ilə yadda saxlayacaqlar.

Barbara Bush oğlu, prezident George W. Bush-la
Barbara Bush oğlu, prezident George W. Bush-la

Həyat haqqında

“Ömrün sonunda insan daha bir imtahanı verə bilməməsindən, daha bir mühakiməni qazanmamasından və ya daha bir sazişi imzalaya bilməməsindən peşmançılıq çəkmir. İnsan əri ilə, dostu ilə, övladı ilə daha çox vaxt keçirməməsindən təəssüflənir”

Uğur haqqında

“Heç vaxt unutmayın ki, bu həyatdakı uğurnuzun açarı başqaları ilə necə rəftar etmənizdədir. Ailənizlə, dostlarınızla, həmkarlarınızla və hətta tanımadığınız yad adamlarla…”

Səxavət haqqında

“Bəzi adamlar vaxtlarını, bəziləri pullarını, bəziləri bacarıqlarını, bəziləri əlaqələrini, bəziləri isə sözün əsl mənasında həyatlarının qanını verirlər. Hər kəs nəsə verməlidir…”

Ailə haqqında

“Atalar və analar, əgər uşaqlarınız varsa, onlar birinci gəlirlər. Siz uşaqlarınıza kitab oxumalı, onları qucaqlamalı və sevməlisiniz. Sizin ailə kimi uğurunuz, bizim cəmiyyət kimi uğurumuz Ağ Evdə nələrin baş verməsindən yox, sizin evinizdə nəyin baş verməsindən asılıdır”.

Barbara Bush, nəvəsi Barbara Bush və itləri Millie
Barbara Bush, nəvəsi Barbara Bush və itləri Millie

Yaş haqqında

“Yaşı yetmişi keçmiş insanlardan heç vaxt özlərini necə hiss etdiklərini soruşmayın…”

Müharibə haqqında

“Müharibə yaxşı bir iş deyil”.

Oğlu Jeb Bush-un prezidentliyə namizədliyi haqqında

“Burda çox sayda səriştəli adamlar var. Bizim kifayət qədər Bush-larımız olub”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG