Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Avqust, bazar, Bakı vaxtı 23:18

Buğda və ət idxalı artmaqda davam edir


arxiv foto

Son bir ildə ölkəyə buğda və ət idxalının artımı davam edib.

Dövlət Gömrük Komitəsinin (DSK) açıqladığı statistikadan bu nəticəyə gəlmək mümkündür.

DSK-nın açıqladığı rəqəmlərə görə, bu ilin iyun ayının sonuna qədər Azərbaycana 576 489.03 ton buğda idxal edilib. Bu zaman ona 130 159.74 min ABŞ dolları sərf edilib.

Halbuki, ötən ilin 6 ayında ölkəyə bundan az- 538 781.21 ton buğda gətirilmişdi. Onun alınmasına da 94 841.17 min dollar xərclənmişdi.

Bu ilin 6 ayında ölkəyə 24 064.97 min ton da ət idxal edilib. Ona da 35 394.84 min dollar sərf edilib. 2018-ci ildə isə ölkəyə daha az 21 969.94 min ton ət gətirilib. Ətin alınmasına da 32 366.35 min dollar verilib.

Son illər Azərbaycana buğda və ət idxalı bir qayda olaraq artmaqdadır.
Rəsmilər ölkədə kənd təsərrüfatının inkişaf etdiyini bildirsələr də müstəqil ekspertlər buna şübhə ilə yanaşırlar.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG