Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Hökumət bədxərcliyinə son qoymaq istəyir. Alınacaqmı?


Dövlət büdcəsi niyə azalır?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Dövlət büdcəsi niyə azalır?

Azərbaycan hökuməti yaxın üç ildə dövlət büdcəsinin həcmini azaltmağı planlaşdırır. 2019-cu ildə büdcə gəlirlərinin cari illə müqayisədə 3.5 milyard daha az - 18 milyard 790 milyon manat, xərclərin isə 4 milyard azaldılaraq, 18 milyard 919 milyon manat olacağı proqnozlaşdırılır. Plana görə 2021-ci ilə qədər azalma hər il davam edəcək.

İqtidaçı Rəşaq Həsənov bu azalmanı 25 avqustda təsdiqlənən «Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya» ilə bağlayır. Deyir ki, gəlirlər hissəsində əsas azalma neft fondundan transferlərdə müşahidə oluna bilər:

“Büdcənin xərclərində isə daha çox azalma investisiya xərclərinə düşəcək. Büdcə sistemi haqda qanuna əsasən müəyyən xərclər qorunandır. Müdafiə, sosial xərclər toxunulmazdır. Ümumiyyətlə bu istiqamətlərdə azalmaya getmə də məntiqli deyil. Çünki pensiya, əməkhaqqı ilə azalmaya gedilməsi gözlənilən deyil. Əsas azalma infrastruktur təyinatlı xərclərdə olacaq”.

Rəşad Həsənov
Rəşad Həsənov

Rəşad Həsənov onu da əlavə edir ki, bu proqnozlar yeni imzalanan büdcə haqda strategiyaya əsaslanır. Amma o, sözü gedən strategiyaya nə qədər əməl olunacağına o qədər də əmin deyil.

Prezident İlham Əliyev avqustun 25-də dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanı təsdiqləyib.

Bundan başqa avqustun 29-da da “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” təsdiq edilib və Yeni Büdcə qaydasına dair qanuna dəyişikliklər qüvvəyə minib.

Bir çox müstəqil eskpertlər bu sənədlərin qəbulunu yüksək qiymətləndirirlər. İqtisadçı Rövşən Ağayev öz Facebook hesabında yazır ki, buna bənzər təklifləri illər öncə hökumətə təklif ediblər. Onun fikrincə, qaydalar ölkədə nəticə əsaslı büdcəyə keçid üçün əsas addımlardan biridir. "Lakin müstəqil ekspertlərin təkliflərinin reallaşması üçün bəzən hətta 10 il gözləmək lazım gəlir" - deyə ekspert qeyd edir.

Maliyyə Nazirliyinin rəsmi açıqlamasında isə sənədlərin mahiyyəti belə izah olunur:

“2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydasının tətbiqi nəzərdə tutulur. Bu dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına və büdcə intizamının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə töhfə verəcək.... Burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə və hətta xalis maliyyə aktivlərinin imkan verdiyi halda belə büdcə xərclərinin kəskin artımının qarşısının alınmasıdır”.

Açıqlamada vurğulanır ki, qabaqcıl beynəlxalq təcrübəyə uyğun büdcə siyasətinin gerçəkləşməsi, ölkə iqtisadiyyatının daxil olduğu post-neft dövrü üçün olduqca əhəmiyyətlidir.

Maliyyə Nazirliyi bu qərarını dayanaqlı büdcə sisteminin yaradılması ilə izah edir. İqtisadçı Rəşad Həsənov deyir ki, dayanıqlı büdcə üçün hökumət avqustun sonlarında yeni strategiya və qaydalar da qəbul edib:

“Amma Azərbaycanda o təcrübə də var ki, il ərzində büdcəyə iki dəfə baxılır. Belə olan halda biz əminliklə deyə bilmirik ki, 2021-ci ilə qədər nəzərdə tutulan azalma həqiqətən baş tutacaq, ya yox. Yeni büdcə sistemində nəzərdə tutulan qaydalar, azalmalar tətbiq olunacaqsa, gəlirlər və xərclər hissəsində azalma baş verəcək”.

Rəşad Həsənov yeni strategiya və qaydaları büdcə israfçılığı ilə mübarizə, qənaətçilik baxımından da yüksək qiymətləndirir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, dövlət büdcəsinin pulları hansı sahədə israf edilir
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Azərbaycana böyük neft pulları gələn vaxtlardan bəri tez-tez büdcə vəsaitlərinin israf olunduğu, korrupsiyaya uğradığı haqda danışılır.

Hökumət rəsmiləri isə ötən müddətdə bu vəsaitlər hesabına ölkədə infrastrukturun yeniləndiyini, yüzlərlə məktəb, xəstəxanaların tikildiyini, insanların həyat səviyyəsinin yaxşılaşdırıldığını bildirirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG