Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:55

Azərbaycan büdcəsinin gizli saxlanan xərcləri [video]


Azərbaycandan Maltaya gizli pul ötürüldüyünü deyən qadın polisə sığındı
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Azərbaycandan Maltaya gizli pul ötürüldüyünü deyən qadın polisə sığındı [A-Live]

Azərbaycanın dövlət büdcəsinin xərcləri nə qədər şəffafdır?

İqtisadçı Qubad İbadoğlu öz “Facebook” hesabında yazır ki, 2018-ci ilin dövlət büdcəsinin azı 1.5 milyard manatının hara xərclənəcəyi qaranlıq qalır. 2018-ci ilin büdcə gəlirləri 20 milyard, xərcləri isə hardasa 21 milyard manatdır:

Buna da bax:​ Qara dəlik [karikatura]

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

“2018-ci ilin dövlət büdcəsinin qaranlıq xərc maddələrindən biri də əsas bölməyə aid edilməyən xərclərdir. Bu il üçün bu xərc bölməsinin məbləği 1,5 milyard manata qədər təsdiq olunub. Görünən odur ki, onun 333 milyon manatı "Avtomobil yolları" məqsədli büdcə fonduna, 300 milyon manatı isə ehtiyat fondlarına yönəldiləcək Ehtiyat fondunun 200 milyon manatı prezidentin, 100 milyon manatı da büdcənin payına düşür. Yerdə qalan 862,2 milyon manat vəsait isə əsas bölməyə aid edilməyən sair xərclər adı ilə rəsmiləşdirilib. Dövlət büdcəsinin 4 faizinə çatan bu vəsaitin açılışının olmaması potensial olaraq korrupsiyaya yol açır”.

"BU VƏSAİTLƏR KORRUPSİYAYA UĞRAYAN XƏRCLƏRDİR"

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl da deyir ki, Azərbaycan büdcəsi son 3 ildə bir qədər də qapanıb. 2015-ci ildən etibarən əsaslı investisiya xərclərinin təyinatını ölkə prezidenti təsdiq edir:

Buna da bax:​ İqtisadçı: “Monopoliya ləgv edilməli, kadr islahatları aparılmalıdır”

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

“2018-ci ilin dövlət büdcəsindən investisiya xərclərinə 4.9 milyon manat ayrılıb. Burdakı xərc maddələri, layihələr ictimaiyyətdən tamamilə gizli saxlanır. Artıq 3-cü ildir ki, bu layihələrin siyahısını prezident təsdiqləyir. Bu sənəd heç bir yerdə dərc olunmur, tamamilə gizli saxlanır. O Hətta parlament üzvlərinə də açıqlanmır. Bunlar da korrupsiyaya uğramış xərclərdir. Addım başı bu xərclərin təyinatı dəyişdirilir. Bir layihədən o biri layihəyə keçirilir. Yəni ki bunlar korrupsiyaya uğrayan xərclərdir”.

Zöhrab İsmayıl bildirir ki, onun rəhbərlik etdiyi təşkilatın 2011-ci ilin dövlət üzrə tədqiqatı üzə çıxarıb ki, 1.5 milyard manatlıq xərclərin təyinatı dəyişdirilib. Həmin məlumatın üzə çıxmasından sonra isə hökumət ümumiyyətlə bu cür layihələr haqda məlumatları ictimaiyyətdən tamamilə gizlətməyə başlayıb. O, düşünür ki, yumşaq şəkildə qaranlıq xərclər büdcənin şəffaf olmaması adlandırılır. Amma əslində bu büdcə vəsaitlərinin kütləvi mənimsənilməsidir.

Buna da bax: Büdcə layihəsində tələbə təqaüdləri vəsaiti azaldılıb - bu nə deməkdir? [video]

BÜDCƏ YOXLANILIR...

Hakim Yeni Azərbaycan Partiyasından olan iqtisadçı, keçmiş millət vəkili Əli Əlirzayev isə dövlət büdcəsinin bəzi xərclərinin gizlədilməsi barədə ittihamları rədd edir. O deyir ki, sorğu göndərib, büdcənin xərcləri haqda istənilən məlumatı almaq mümkündür. Üstəlik, hesablama palatası, auditor təşkilatları da büdcəni yoxlayır:

Əli Əlirzayev
Əli Əlirzayev

“Büdcənin özü də bizdə o qədər böyük deyil. Cəmi 20 milyard manatdır. Bunun da hara nə qədər ayrıldığını hesablamaq asandır. Auditorlar var, hesablatma palatası var”.

Hesablama Palatası da 2018-ci ilin dövlət büdcəsini yoxlayıb və müsbət rəy verib.

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

Bəs, Bakı sakinləri nə fikirləşir? Bakıda qarşımıza çıxanlardan soruşmuşuq ki, dövlət büdcə vəsaitlərinin hara xərcləndiyi haqda məlumatlar onları qane edirmi?:

Büdcə xərcləri haqda məlumatlar sizi qane edirmi?​
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

SON İKİ İLDƏ AÇIQ BÜDCƏ İNDEKSİNDƏ 17 BAL GERİLƏYİB...

Azərbaycanın dövlət büdcəsinin gəlirləri və xərcləri uzun illərdir Azərbaycan ictimaiyyətində əsas müzakirə mövzusudur. Hakimiyyətin tənqidçiləri iddia edirlər ki, neft vəsaitlərinin əksər hissəsi investisiya - yol, körpü, tikinti xərcləri adı ilə silinib. Hökumət təmsilçiləri bu ittihamları rədd edir.

Buna da bax: Vasif Talıbovun oğlunun şirkəti büdcə sifarişlərini müsabiqəsiz qazanır

Mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında mənzillənən Beynəlxalq Büdcə Əməkdaşlığı təşkilatının hazırladığı hesabatda Azərbaycanda büdcə şəffaflığının son illər gerilədiyi qeyd edilir. Təşkilatın hazırladığı 2017-ci il “Açıq Büdcə İndeksi”ndə Azərbaycan büdcəsi qismən şəffaf kimi dəyərləndirilir, qeyd edilir ki, Azərbaycan büdcə şəffaflığı reytinqində 2 ildə 17 bal geriləyib. Qurum ölkələri büdcə sənədlərinin ictimaiyyətə əlçatanlığı, bu sənədlərin əhatəli olma səviyyəsi əsasında 100 ballıq şkala ilə qiymətləndirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG