Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:25

Bu mövsüm futbol başa çatdı


Futbol
Futbol

Bu gün, iyunun 18-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Qurumun yaydığı məlumata görə, iclasda COVID-19 qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınan və iyunun 21-də bərpa olunması nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub.

Aparılan müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub: "...2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası dayandırılsın. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin (11 səs lehinə, 1 səs əleyhinə)".

Qərara görə, 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılmalıdır.

"2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməsin", - qərarda qeyd edilir.

"Qarabağ" çempion oldu

Beləliklə, çempionatda 20 turdan sonra yaranan turnir cədvəli yekun kimi qəbul olunub. Son 8 turu oynanılmayan Premyer Liqada "Qarabağ" bu mövsüm çempion olur. "Neftçi" gümüş, "Keşlə" bürünc medalçı sayılır. Sonuncu iki komanda Avropa Liqasında, "Qarabağ" isə Çempionlar Liqasında oynamaq hüququ qazanıb.

Azərbaycan Kuboku isə yarımçıq qalıb. Yarımfinal və final oyunları qalan turnir qalibsiz başa çatıb. Bu səbəbdən də Premyer Liqada 4-cü yerin sahibi də Avropa Liqasına vəsiqə əldə edib. "Sumqayıt" qitənin ikinci dərəcəli klub turnirində oynamalıdır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 400 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 451 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə ümumilikdə 10 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 133 nəfərin vəfat etdiyi açıqlanıb.

Koronovirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin elan edilib. Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG