Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:26

'Demirəm, Azərbaycan futbolu İtaliya, İngiltərə səviyyəsinə gələcək, amma...'


 Qarabağ FK və AS Roma, Bakı, arxif foto
Qarabağ FK və AS Roma, Bakı, arxif foto

“Müasir Azərbaycan futbolunun hər bir sahəsində problem var. Bu, uşaq futbolundan başlayaraq tədricən üzüyuxarı bütün yaş qruplarını əhatə edir”

Bunu Azadlıq Radiosuna müsahibəsində “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli bildirib.

Onun deməsinə görə, uşaq futbolu sahəsində kadr azlığı var və mövcud məşqçilərin bir çoxu müasir tələblərə cavab vermir:

“Bu ölkədə futbolun təməlindən düz qoyulmaması deməkdir”

“Son vaxtıar isə bu sahəyə nəzarət ümumiyyətlə yoxdur, müasir səviyyədə tələbələr qoyulmur. Bu isə artıq ölkədə futbolun təməlindən düz qoyulmaması deməkdir. Müəyyən yaşa qədər futbolçi gəlir, özünü meydanda təsdiq etmək mərhələsində, dayanır”.

Baş redaktor vurğulayır ki, Azərbaycanda bir zamanlar aşağı yaş qrupu üzrə futbolçular xaricə göndərilib, son vaxtlar bu ənənə də sıradan çıxıb. Onun fikrincə, daha bir problem stadionlarda süni ötrtüklərin çoxlmasıdır:

“Bu həm futbolçunun yetişməsinə, həm də sağlamlığına təhlükə yaradır. Belə halda zədə almaq ehtimalı çoxalır, bərpa prosesi isə ləng gedir”

“Azərbaycan futbolçuları yetişmir”

Mahir Rüstəmli, 2011
Mahir Rüstəmli, 2011

M.Rüstəmli qeyd edir ki, bölgələrdə də futbola maraq yetərli deyil. Onun vurğulamasına görə, bölgələrdə də futbolçular bir elə yetişmir, faktiki Rusiya və Şimali Qafqazdan axın baş verir, onlar milliləşdirilir, klublara verilir:

“Azərbaycan futboluna legionerlər gəlir, amma Azərbaycan futbolçuları yetişmir. Bu da yığma milli komandanın komplektləşdirilməsində problem yaradır”.

Problemlərdən çıxış yoluna gəlincə, M.Rüstəmli deyir ki, indi bəzi səviyyələrdə yeni dövlət proqramı qəbul etmək barədə söz-söhbət gəzir:

“Amma indiki halda onu da çxış yolu saymıram. Əgər, ağllı kadrlar, futbola elmi yanaşma olmayacaqsa, nə qədər dövlət proqramı qəbul edilsə də, pul buraxılsa da effekt verməyəcək “

Baş redaktor hesab edir ki, bu sahəyə sistemli yanaşma lazımdır:

“Futbolu təcrübi və nəzəri bilən şəxslərdən ibarət bir qurum yaranmalı, bu AFFA-dan ( Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) üst qururm olmalıdır. Ölkə futbolunun inkişafına aid tezislər müəyyən edilməlidir. Demirəm Azərbaycan futbolu İtaliya, İngilətərə səviyyəisnə gələcək, amma bu sahə inkişaf edə, ictimai düşüncədə daha aktual ola bilər”

Yiğmanın yeni baş məşqçisi kim olsun?

Azərbaycan və Almaniya yığmaları, arxiv foto
Azərbaycan və Almaniya yığmaları, arxiv foto

M.Rüsətmli futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç ilə yolların ayrılmasına da toxunub. Ona “ yeni baş maşqıçı necə mütəxssist olmalıdır” sualını veririk.

M.Rüstəmlinin fikrincə, Azərbaycan futbolunun indiki potensialı ilə heç bir xarici məşqçi ucuz qiymətə bu ölkəyə gəlməz. O hesab edir ki, millinin sükanı yerli gənc və iddialı məşqçilərdən birinə etibar edilə bilər. Onun fikrincə, həmin məşqiçi ilə də müqavilə ən azı 4 illik olmalıdır ki, o, oyun sistemini oturda bilsin:

“Azərbaycana kənardan xarici məşqçi gətirməyin mənası yoxdur. Çünki, bu xarici məşqçi futbolçuları azərbaycanlı məşqçi qədər tanımayacaq. Digər tərəfdən, resurslar zəifdir, gəlib hansı hədəflər uğrunda mübarizə aparacaq, sonuncu yer və ya ondan əvvəlki yer uğrunda? Bunu yeri məşqçilər də bacara bilər”.

XS
SM
MD
LG