Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:43

Britaniya Rusiyanın AŞPA-ya qaytarılması qərarına yenidən baxılmasına çağırıb


Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti Rusiyanın bu təşkilatın sıralarına qayıtması məsələsinə yenidən baxılmasına çağırıb.

Britaniya millət vəkilləri hesab edirlər ki, Moskvada etirazçıların kütləvi həbsləri və polisin onlara qarşı aşırı zordan istifadə etməsi Rusiya nümayəndə heyətinin AŞPA-ya qaytarılmasına dair qərarın tələsik olduğunu nümayiş etdirir.

Bu bəyanatın mətnini Britaniyanın AŞPA-dakı daimi nümayəndəsi Christopher Yvon dərc edib:

Bəyanatda deyilir ki, Rusiya öz öhdəliklərinə əməl etmək və assambleyanın standartlarına uyğunlaşmaq niyyətində deyil.

Britaniya habelə Rusiyanın hakimiyyət orqanlarını insan haqlarına dair beynəlxalq Konvensiyanı pozmaqda ittiham edib.

Britaniya nümayəndə heyəti ümid etdiyini bildirib ki, AŞPA Rusiyanın təşkilatın sıralarına qayıtmasının məqsədəuyğunluğu məsələsinə sentyabr ayında keçiriləcək sessiyasında baxacaq.

Bu günlərdə rusiyalıların Moskva Duması seçkisinə hazırlığın namizədlərin qeydiyyatı mərhələsində seçki hüquqlarının pozulduğuna dair şikayətlə Avropa İttifaqı-Rusiya vətəndaş forumu da çıxış edib.

Moskvada müxalifət namizədlərinin seçki qeydiyyatına alınmamasına qarşı etirazlar iyulun ortalarından davam edir.

O vaxt bəlli olmuşdu ki, Moskva Şəhər Duması seçkilərinə onlarca müstəqil namizədin qeydiyyatından imtina edilib.

İyulun 20-də Saxarov prospektində keçirilən icazəli mitinqdə 12 mindən 25 minədək etirazçının iştirak etdiyi bildirilir.

Lakin iyulun 27 keçirillən icazəsiz mitinqdən sonra kütləvi iğtişaşlar ittihamı ilə cinayət işləri açılıb və 9 nəfər məsuliyyətə cəlb edilib.

Avqustun 3-də Moskvada keçirilmiş daha bir icazəsiz aksiya polis tərəfindən dağıdılıb.

Rusiya 2015-ci ildən bəri AŞPA-nın işində iştirak etmirdi. Rusiya nümayəndə heyəti Moskvanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçı münaqişəni qızışdırması ilə bağlı assambleyada səs vermək hüququndan məhrum edilmişdi.

Bu vəziyyətə görə Rusiya nümayəndə heyəti 2017-ci ildən bəri Avropa Şurasının büdcəsinə üzvlük haqqı ödəməkdən imtina etmiş və AŞPA-dan çıxacağı ilə hədələmişdi.

Lakin iyunun 25-də AŞPA Rusiya nümayəndə heyətinin təşkilatın işinə qayıtmasına imkan verən reqlament düzəlişlərini və qətnaməni səs çoxluğu ilə qəbul edib.

Bu zaman Gürcüstan və Ukraynadan olan nümayəndələr bu qətnamənin əleyhinə çıxmışdılar.

Rusiyalı deputatlar isə təhdid edərək bildirmişdilər ki, əgər AŞPA onların hər hansı səlahiyyətlərini bərpa etməsə təşkilatı tərk edəcəklər.

İyulun əvvəlində isə bəlli olub ki, Rusiya 2019-cu il üçün Avropa Şurasına olan 33 milyon avroluq üzvlük borcunu ödəyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG