Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 23:01

Böyük Britaniya bu ölkədəki rusiyalı milyonçuların aktivlərini dondura bilər


London
London

Böyük Britaniyanın cinayətkarlıqla Milli mübarizə agentliyi ölkədəki rusiyalılara qarşı istintaqın əhatəsini genişləndirir və onların aktivləri dondurila bilər.

Bu barədə Azadlıq Radiosunun Rusiya xidməti iyunun 3-də “Britaniyanın Sandi tayms” qəzetinə istinadla məlumat verir.

Mənbənin yazdığına görə, söhbət Rusiya prezidenti Vladimir Putinlə bağlı olan oliqarxlar, milyonçulardan gedir və bura 130 adam daxildir.

Foto arxiv
Foto arxiv

​“Sandi tayms” bu barədə agentliyin iqtisadi pozuntular və kibercinayətlər üzrə şöbə rəisi Donald Tun-a istinadla yazır.

Onun komandası hazırda 120-dən 140-dək mənbəyi göstərilməyən vəsaitin dondurulması üzərində işləyir.

Tun bildirib ki, onun təşkilatının fəaliyyəti hazırda korrupsiyalaşımış elita və onların qanunsuz sərvətləri ilə mübarizəyə yönəlib.

Qəzet hökumətdəki mənbəə istinadla yazır ki, cinayətkarlıqla milli mübarizə agentliyinin nəzər dairəsinə düşənlər Rusiya vətəndaşları və ya Rusiya ilə bağlı şəxslərdir.

Buna da bax:"Hələ də Britaniya vizası ala bilməyən Abramovich İsrail vətəndaşı oldu".

Böyük Britaniyada qəbul edilən yeni qanuna görə bu ölkəyə 50 min funt sterlinqdən artıq sərmayyə qoyanlar onun mənbəyini göstərmlədirlər.

Qeyd edək ki, rusiyalı keçmiş kəşfiyyatçı Sergei Skripal və qızı Yulianın martın 4-də İngiltərənin Solsberi şəhərində zəhərlənməsindən sonra Britaniya ilə Rusiya arasındakı münasibətlər kəskin pisləşib.

foto arxiv
foto arxiv

London onların zəhərlənməsinə görə Moskvanı günahlandırır.

Moskva ittihamı rədd edir.

Britaniya və bir sıra Qərb ölkələri insidentə görə Rusiyanın 150-dən çox diplomatını qovub.

Moskva da həmin ölkələrə qarşı eyni addım atıb.

Buna da bax:" Həkimlər Skripal-ların yaşayacağına inanmırlarmış".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG