Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 01:44

Hələ də Britaniya vizası ala bilməyən Abramovich İsrail vətəndaşı oldu


Roman Abramovich

Rusiyalı oliqarx, Britaniyanın Chelsea futbol klubunun sahibi Roman Abramovich İsrail vətəndaşlığı alıb.

London və Moskva arasında diplomatik gərginliyin yüksək olduğu bir vaxta bir aya yaxındır ki, Abramovich-ə Britaniya vizasının verilməsi ləngiyir.

Əslən yəhudi olan Abramovich İsrailin Qayıdış adlı qanunundan bəhrələnməklə bu ölkənin vətəndaşlığını ala bilib.

Beləliklə mayın 28-dən Abramovich özünün təxminən 11, 5 milyard dollarlıq sərvəti ilə İsrailin ən zəngin vətəndaşı olub.

O Tel Əvivdəki Ben Quriyon hava limanına özünün şəxsi təyyarəsi ilə gəlib.

İsrailin Daxili İşlər Nazirliyi bildirir ki, Abramovich İsrail vətəndaşlığı üçün Moskvadakı səfirliyə müraciət edib və yəhudi irsiyyətini isbat etdikdən sonra vətəndaşlığa layiq görülüb.

Britaniya ötən mart ayında İngiltərənin Solsberi şəhərində keçmiş Rusiya casusu Sergey Skripal və onun qızı Yulia Skripal kimyəvi maddə ilə zəhərləndikdən sonra Rusiya oliqarxlarına viza verilməsi qaydalarını daha da sərtləşdirib. London bu zəhər hücumuna görə Moskvanı ittiham edir.

Telegraph qəzeti yazır ki, Abramovich-in İsrail vətəndaşlığı almasının Britaniyada Rusiya oliqarxlarına viza verilməsinin çətinləşdirilməsi ilə bağlı olub-olmadığı məlum deyil.

Abramovich-in Tel Əvivdə 23 milyon dollar dəyərində malikanəsi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG