Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Rusiyadan cavab addımları: 23 diplomatı ölkədən çıxarır


Rusiya XİN-in sözçüsü Maria Zakharova. (Arxiv)
Rusiya XİN-in sözçüsü Maria Zakharova. (Arxiv)

Rusiya 23 britaniyalı diplomatı "arzuolunmaz şəxs" elan edib və onların ölkəni bir həftəyə tərk etməsini tələb edib.

Bundan başqa Kreml Böyük Britaniyanın Sankt-Peterburqdakı konsulluğunun yenidən açılması barədə sazişi ləğv etmək və Rusiyadakı Britaniya Şurasının fəaliyyətini dayandırılmaq haqda qərar qəbul edib.

Bunlar cavab addımlarıdır.

Bir neçə gün əvvəl Britaniya 23 rusiyalı diplomatı ölkədən çıxarmağa qərar vermişdi.

İki ölkə arasında münasibətlər vaxtilə Rusiya xüsusi xidmət orqanlarında çalışan, Böyük Britaniyaya işlədiyi üçün həbs olunan və sonradan rus casusları ilə dəyişdirilən Sergey Skripalın müəmmalı zəhərlənməsindən sonra korlanıb.

Hadisə martın 4-də Solsberi şəhərində baş verib. Skripalla birlikdə qızı da zəhərlənib. Britaniya polisi onların sinir qazı ilə zəhərləndiyini və vəziyyətlərinin çox ağır olduqlarını bildirib.

Buna da bax: Britaniya polisi rusiyalı biznesmenin ölümü ilə bağlı cinayət işi qaldırıb

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson isə iddia edib ki, bu sui-qəsd cəhdidir və birbaşa Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə icra edildiyi istisna deyil.

Britaniyanın baş naziri isə iki ölkə arasında yüksək səviyyədə kontaktların dayandırıldığını elan edib.

Sergei Skripal məhkəmə zamanı. Avqust, 2006-cı il
Sergei Skripal məhkəmə zamanı. Avqust, 2006-cı il

Rusiya tərəfi hesab edir ki, bu ittihamların heç bir əsası yoxdur və Kremlin bu işdə iştirakına aid bircə dənə də dəlil yoxdur. Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, əgər Böyük Britaniya "qeyri-dost hərəkətlərini" davam etdirsə, Rusiya onlara qarşı da cavab addımları atacaq.

Bu arada Britaniya polisi Londonda yaşayan rusiyalı biznesmen Nikolay Qluşkovun ölümü ilə bağlı qətl ittihamı ilə cinayət təhqiqatına başlayıb.

Qluşkovun autopsiyası onun boğazına edilmiş təzyiq nəticəsində öldüyünü göstərib.

Qluşkov Kremlin tənqidçisinə çevrilmiş və 2013-cü ildə müəmmalı şəkildə ölmüş rusiyalı oliqarx Boris Berezovskinin yaxın yoldaşı olub.

68 yaşlı Qluşkovun meyiti martın 12-də onun London evində tapılıb.

London polisi martın 16-da bəyan edib ki, “indiki mərhələdə Qluşkovun qətli ilə Skripalın zəhərlənməsi arasında hər hansı bağın mövcud olub-olmadığı bəlli deyil”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG