Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:54

Britaniya polisi 'böyük İŞİD şəbəkəsinin' axtarışındadır


Britaniya polisi Mançester şəhərində törədilmiş terror aktının ardınca apardığı təhqiqatın gedişində 7-ci şübhəlini həbs edib.

Mançesterin konsert-idman kompleksində törədilmiş partlayış nəticəsində 22 nəfər həlak olub.

Polis bildirir ki, “islamçı şəbəkənin” aşkara çıxarılması istiqamətində işləyir.

Bütün Mançester boyunca axtarışlar davam edir.

Daxili işlər naziri Amber Rudd deyib ki, partlayışı törətmiş Salman Abedinin bu yaxınlarda Liviyadan qayıtdığı bəlli olub. O deyib ki, çox güman Abedi bu aktı təklikdə hazırlamayıb.

Abedinin atası Ramazan və kiçik qardaşı Haşem Liviyanın paytaxtı Tripolidə həbs olunublar.

Haşemin İŞİD-lə əlaqələri olduğu güman edilir. Britaniya polisi böyük qardaş İsmayılı mayın 23-də həbs edib.

Polisin məlumatına görə partlayıcı qurğunu hadisə yerinə beşinci şübhəli gətirib.

Özünü İslam Dövləti adlandıran təşkilat bu terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Britaniyadakı Liviya icması terror aktını pisləyən bəyanatla çıxış edib.

Fransanın daxili işlər naziri Gerard Collomb deyib ki, Abedi Suriyaya səfər edib və İŞİD-lə əlaqədə olub.

Britaniya şəhərlərinin küçələrinə 3800 silahlı əsgər çıxarılıb.

Hökumət terror hədəsinin “kritik” olduğunu bildirir. Bu isə o deməkdir ki, Britaniya torpağında daha bir terror zərbəsi istisna edilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG