Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Britaniya Fars körfəzinə ikinci hərbi gəmi göndərir


Britaniyanın Duncan hərbi gəmisi, 20 oktyabr, 2016
Britaniyanın Duncan hərbi gəmisi, 20 oktyabr, 2016

Böyük Britaniya Fars körfəzinə ikinci hərbi gəmi göndərir.

AzadlıqRadiosunun iyulun 13-də AFP agentliyinə istinadla verdiyi məlumata görə, ”Duncan” gəmisi regiondakı “Montrose” hərbi gəmisinə qoşilacaq.

“Duncan” gəmisindən NATO-nun Qara dənizdə keçirdiyi hərbi təlimlərdə istifadə edilib.

İran hakimiyyəti Böyük Britaniyanı “təhlükəli oyuna” girməməyə çağırıb.

İran gəmiləri iyulun 9-da Britaniyanın neft tankerini tutmağa cəhd eləmişdilər.

Buna da bax:İran katerləri Britaniya tankerini saxlamaq istəyib?

Həmin vaxt tankeri “Montrose” gəmisi müşaiyət edirdi.

Britaniya dənizçiləri isə İran tərəfindən təqibin dayandırılmasını tələb etmişdilər.

Amma tehran Britaniya tankerinin zəbt edilməsi ilə bağlı iddiaları rədd edir.

Qeyd edək ki, Böyük Britaniyanın dəniz piyadaları bu insidentdən əvvəl-ötən həftə İranın neft tankerini Gibraltar sularında zəbt etmişdilər.

Həmin tankerin, beynəlxalq sanksiyaları pozaraq Suriyaya neft apardığı bildirilir.

Tehran isə buna cavab verəcəyini bəyal eləmişdi.

Buna görə də Britaniya Fars körfəzində öz gəmilərinə təhlükənin həddini ”kritik” səviyyəyə qaldırıb.

Vaşinqtonsa bu arada, Fars körfəzində hərəkət edən gəmilərin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiya yaradılmasını təklif edib və hazırda bu yöndə danışıqlar aparılır.

ABŞ İranı ,bu ilin mayında Oman və Fars körfəzlərində neft tankerlərinə hücum etməkdə ittiham edir.Bundan başqa Vaşinqton Tehranı beynəlxalq terrorçuluğu dəstəklmək və maliyyələşdirməkdə günahlandırır.

Tehran bütün ittihamları rədd edir.

ABŞ yaranmış vəziyyətə görə,Fars körfəzi regionuna əlavə hərbi qüvvələr göndərib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG