Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Litvinenko-nun xanımı: 'Britaniya ərimin qətlindən nəticə çıxarmayıb'


Böyük Britaniya - Alexander Litvinenko ölüm yatağında. 20 yanvar, 2006
Böyük Britaniya - Alexander Litvinenko ölüm yatağında. 20 yanvar, 2006

"Bu hadisə onun göstərir ki, Britaniya mənim ərimin başına gələnlərdən nəticə çıxarmayıb".

Bunu Rusiya təhlükəsizlik orqanlarının keçmiş əməkdaşı, Britaniyaya qaçandan sonra müəmmalı şəkildə ölmüş Alexander Litvinenko-nun xanımı Marina deyib.

Alexander Litvinenko 2006-cı ildə zəhərlənmiş və bir neçə gün sonra xəstəxanada ölmüşdü.

O, Rusiya rəhbərliyinin ünvanına ağır ittihamlar səsləndirirdi. Kremli Çeçenistana hücumu əsaslandırmaq üçün yaşayış binasında partlayış törədib günahı "terrorçuların" üzərinə atmaqda suçlayırdı.

Arvadı onun Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə öldürüldüyünü deyir.

Buna da bax: Keçmiş casusun başına gələndə 'Moskvanın əli varsa', Londonun cavabı sərt olacaq

Kreml bu işdə əli olması haqda deyilənləri rədd edir.

BBC Marina Litvinenko-dan Rusiya xüsusi xidmət orqanlarının sabiq zabiti, Britaniyanın xeyrinə casusluq edən və sonradan ifşa edilmiş rus casuslarla dəyişdirilərək Britaniyaya verilmiş Sergey Skripal və onun qızı Yuliya nın martın 5-də Solsberi şəhərində zəhərlənməsindən sonra müsahibə alıb.

Onların vəziyyəti kritik olaraq qalır. Hər ikisinin sinir qazından zəhərləndiyi deyilir.

Marina Litvinenko deyib ki, Britaniya kiminlə dostluq etdiyini anlamalıdır:

"Əgər sən pullu adamların ölkəyə gəlməsinə və biznes qurmasına şərait yaradırsansa (Britaniyaya gələn rusiyalı oliqarxları nəzərdə tutur - red.) onda onların gətirdiyi pulun mənbəyini araşdırmalısan, çünki çox vaxt həmin pullar oğurluq olur, Rusiya xalqından oğurlanmış pullar olur, o pulların arxasında ağır cinayətlər yatır".

Marina Litvinenko BBC-nin efirində Britaniyanın o vaxtkı daxili işlər naziri, hazırkı baş nazir Theresa May-in 12 il əvvəl ona yazdığı məktubu oxuyub.

May məktubunda Marinanı əmin edir ki, hökumət belə hadisənin bir daha baş verməməsi üçün əlindən gələni edəcək.

"Amma mənim ərimin qətlinə görə heç kəs cəzalanmadı" - deyə Marina Litvinenko narazılığını bildirib.

Buna da bax: Britaniyada keçmiş Rusiya casusunun tapıldığı yerə xüsusi qoşun yeridilib

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG