Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Avropalı gənclər Britaniyaya ‘dön geri’ mahnısını oxuyurlar


Breunion boys - qrupunun videoklipindən kadr
Breunion boys - qrupunun videoklipindən kadr

Britaniyanın Avropa İttifaqından ağrılı “boşanma” prosesinin müşkülə düşdüyü bir vaxtda, oğlanlardan ibarət rok qrup Avropadan ayrılmaq tərəfdarlarlarının, başqa sözlərlə Brexit-ə səs vermiş insanların düşüncəsini dəyişmək məqsədilə tura başlayır.

Yenicə yaradılmış qrupun özü də “Breunion Boys” adlanır. Bu ad bir növ Brexit sözünə antonim olaraq düşünülüb. Yəni Brexit – “Britain” və “exit” (çıxış) sözlərinin birləşməsindən yaranıbsa, “Breunion” sözündə həm “Britaniya” , həm “union” (ittifaq) sözləri var.

Avropalı oğlanlardan ibarət bu qrup məxsusi yazıdırdığı “Britaniya, dön geri” (Britain Come Back)mahnısının videoklipinə Hollandiya sahillərində çəkilib.

Dekabrın əvvəllərində yazılmış mahnının sözləri hüznlüdür: “İnana bilmirəm ki, bu sondur, mən sənin sevgini hələ də içimdə hiss edirəm, mən hələ də sənin nəğmələrini oxuyuram…”

Lakin mahnının əsas mahiyyəti onun nəqaratındadır: "Britaniya, yanımıza qayıt, qayıtmaq hələ gec deyil”.

Qrupun yaradılması ideyası animasiya rəssamı Julia Veldmana məxsusdur. O qrupla birlikdə Britaniya boyunca pabları gəzib dolaşmağı və “bizi atıb getmək istəyənlərin gözlərinin içinə baxmağı” planlaşdırır. Məqsəd ayrılıb gedənləri bu fikirdən daşındırmaqdır.

Veldman inanır ki, mahnının emosiyası Brexit tərəfdarlarının fikrini dəyişəcək. O CNN telekanalına deyib ki, adamlar Avropadan çıxmaq qərarını faktlara baxaraq yox, emosiyalara uyaraq qəbul ediblər:

“Məhz buna görə də onlara faktlarla yox, elə emosiyalarla müraciət etmək lazımdır”.

Qrupun 24 yaşlı ifaçısı Joshua Alagbe isə deyib: “Bir baxın, nə qədər britaniyalı Avropadan qəzəblidir, nə qədər avropalı Britaniyaya qəzəblə baxır. Biz onların axtardığı sualın emosional cavabıyıq”.

Veldman bütün 2018-ci ili qrup üzvlərinin, vokalçıların tapılmasına sərf edib. Ən nəhayət uzun axtarışdan sonra üç hollandın, əfqan və ispanın üzərində dayanıb.

Xanım Veldman istəmir ki, onun öz cibindən 13 min funt sterlinq xərcləyib çəkdirdiyi klip zarafat kimi başa düşülsün:

“Bu Britaniyanın vahid ailədə qalmasını istəyən milyonlarla avropalının arzusunu ifadə edən mahnıdır”.

Veldmanın fikrincə Avropa İttifaqının bir sıra rəsmiləri də britaniyalılara buna bənzər eyham vurublar, amma bu, siyasət dilində olub.

Mahnının müəllifi Flavia Faas-dır. Xoreoqrafiyanın üzərində də o işləyib.

Veldman etiraf edir ki, mahnı üslub baxımından 1990-cı illərin lirikasını xatırladır və bunun da öz məqsədi var:

"Həmin illərdə çox qürurlu idik. Hamımız belə düşünürdük ki, gələcəyimiz - içində Britaniya da olan Avropadır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG