Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 20:36

Britaniyalıların 60%-i AB vətəndaşlığını saxlamaq istəyir


Böyük Britaniyanın AB-də qalmasının tərəfdarları

Hər 10 britaniyalıdan altısı Avropa Birliyindən çıxandan (Brexit) sonra quruma üzvlüyünü saxlamaq istəyir. Buraya AB-də yaşamaq, işləmək və səyahət hüquqları daxildir. Hətta britaniyalıların çoxu bundan ötrü böyük məbləğ ödəməyə belə hazırdır. Bunu London İqtisadiyyat Məktəbinin (LSE) apardığı tədqiqat üzə çıxarıb.

«The Guardian» qəzeti yazır ki, hüquqların saxlanmasını 18-24 yaşlılar daha çox dəstəkləyir. Onların 85%-i Britaniya vətəndaşlığından əlavə AB vətəndaşlığını da saxlamaq istəyir. Londonda yaşayanların 80%-i də eyni hüquqların saxlanmasını arzulayır.

400 FUNT STERLİNQDƏN ÇOX ÖDƏMƏYƏ HAZIRDIRLAR

Bu arada baş nazir Theresa May-ə biznes qruplarından və parlamentin hər iki palatasında AB-də qalmaq tərəfdarı olan siyasətçilərdən təzyiqlər artır. Elə Avropanın qalan yerlərindən mədəniyyət xadimləri də onu «sərt Brexit» planlarından əl çəkməyə, AB ilə güclü ticarət və digər əlaqələri nəzərdə tutan razılaşmanı dəstəkləməyə çağırırlar. Böyük Britaniyanın AB-dən 2019-cu ildə çıxması planlaşdırılır.

"Əlvida, Avropa Birliyi" - Brexit başlandı
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Bəs AB vətəndaşlığını saxlamaqdan ötrü britaniyalılar nə qədər ödəməyə hazırdırlar? 2 mindən çox respondentin söylədiyi ortalama məbləğ 400 funt-sterlinqdən də yüksək olub.

Tədqiqat üzərində LSE-də siyasi elm və Avropa siyasəti üzrə professor Michael Bruter və həmkarı Sarah Harrison işləyiblər. Layihə «Opinium» sorğu şirkətiylə birlikdə gerçəkləşdirilib.

Bruter-in fikrincə, bu tədqiqat, özəlliklə, gənclərin AB-də hüquqlarının itirilməsi perspektivindən məmnun olmadıqlarını üzə çıxarıb.

«Həmin hüquqları saxlamaqdan ötrü indikindən də çox ödəməyə hazırdırlar», – o söyləyib.

KOMMUNİKE YAYILACAQ

Bu həftə Avropanın tanınmış mədəniyyət, elm və təhsil xadimlərinin sərt Brexit-in Britaniyaya və Avropanın qalan hissəsinə vuracağı ziyanla bağlı bəyanat yayacağı gözlənir. İki səhifəlik kommunikeni «British Council» iyulun 4-də dərc edəcək. Britaniya Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi şura referendumdan sonra bildirmişdi ki, Avropanın digər ölkələri ilə tərəfdaşlığı davam etdirməyin yollarını tapacaq.

Mühafizəkarlardan keçmiş baş nazir müavini Michael Heseltine deyir ki, ictimai rəy getdikcə Brexit əleyhinə yönəlir, çünki bu prosesin ölkəyə vuracağı ziyanın miqyası getdikcə daha çox aydınlaşır.

«Bu planı diqqətlə təhlil edərək konstitusion borcumuzu yerinə yetirəcəyik», – deyən Heseltine parlamentin Lordlar və İcmalar palatalarında qarşıdurmaların yaranacağını istisna etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG