Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:05

ABŞ kəşfiyyatının başçısı Trump-ı ‘danışığına fikir verməyə’ çağırıb


MKİ-nin direktoru John Brennan

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru John Brennan prezident seçilmiş Donald Trump-a işə başlayandan sonra “nə gəldi danışmaması” barədə xəbərdarlıq edib.

O deyib ki, “bədaətənlik” milli təhlükəsizlik maraqlarına ziddir.

Təhlilçilər deyirlər ki, cənab Brennan çox güman Trump-ın böyük məsələlər barədə vaxtaşırı Tvitterdə yazmasını nəzərdə tutub.

Brennan həmçinin deyib ki, Trump Rusiyanın nəyə qadir olduğunu və ya niyyətlərini lazımınca qiymətləndirmir.

"Məncə cənab Trump Rusiyanın ötən bir neçə ildəki hərəkətlərini bağışlamağın onu hansı yola gətirə biləcəyi barədə çox, çox ehtiyatlı olmalıdır” – deyib Brennan.

Cənab Brennan-ın Fox News Sunday proqramına müsahibəsindən bir həftə əvvəl ABŞ kəşfiyyatının Rusiyaya dair hesabatı açıqlanmaışdı. Həmin hesabatda deyilirdi ki, Rusiya prezidenti Putin ABŞ seçkisinin nəticələrini təsirləndirməyə çalışıb.

Cənab Trump ABŞ kəşfiyyatının gəldiyi nəticələri daim şübhə altına alıb və xüsusi xidmətləri sərt tənqid edib.

Bu arada Kreml və Trump-ın komandası iki liderin guya İslandiyanın paytaxtı Reykyavikdə görüşməyi planlaşdırdıqları barədə xəbərləri təkzib ediblər.

Görüş üçün bu şəhərin seçilməsi barədə xəbərlər təhlilçilərin bəzi paralellər gətirməsinə səbəb olmuşdu. Beləki 1986-cı ildə Reykyavikdə Reagan və Qorbaçov arasında görüş Soyuq Müharibənin başa çatması kimi qiymətləndirilmişdi, lakin bu həm də Sovet İttifaqının çöküşünün başlanğıcı idi.

Cənab Brennan sözü gedən müsahibədə deyib ki, gələn cümədən prezident olacaq şəxsə “danışmaq və tvit” yazmaq yaraşmaz.

Kəşfiyyata barmaq tuşlamaq

"Bədaətənlik milli təhlükəsizlik maraqlarına xidmət edən bir şey deyildir. Buna görə də o danışanda və ya reaksiya verəndə dediklərinin Birləşmiş Ştatlara nə kimi böyük nəticə və mürəkkəblik yarada biləcəyini anlamalıdır, - deyib Brennan – Burada söhbət təkcə Trump-dan getmir, Amerika Birləşmiş Ştatlarından gedir”.

MKİ direktoru həmçinin cənab Trump-ın hesabatın sızdırılmasına görə kəşfiyyatı ittiham etməsinə cavab verib.

“Burada ən çox hiddət doğuran kəşfiyyat icmasının nasist Almaniyasına bənzədilməsidir” deyib Brennan.

O Trump-ı artıq çoxdandır ki, ictimaiyyətə bəlli olan hesabatın sızdırılmasına görə “kəşfiyyata barmaq tuşlamamağa” çağırıb.

Lakin Trump bu xəbərdarlığa da Tvitterdə cavab verib və bildirib ki, Washington Post qəzetinin qocaman jurnalistlərindən Bob Woodward da hesabatın sızdırılmasına görə xüsusi xitmətləri günahlandırıb.

Trump yazıb ki, media ondan üzr istəməlidir.

XS
SM
MD
LG