Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Britaniyanın Avropa İttifaqından ayrılması yenə də uzanır?


Baş nazir Boris Johnson
Baş nazir Boris Johnson

Britaniyanın baş naziri Boris Johnson oktyabrın 22-də deyib ki, indi Birləşmiş Krallığın Avropa İttifaqından ayrılması müddətinin uzadılması və nə müddətə uzadılmasına dair qərarı Brüssel verməlidir.

Bundan əvvəl baş nazirin saziş layihəsinin parlament səsverməsindən keçməməsi, bu sənədin oktyabrın 31-dək ratifikasiya edilməsini mümkünsüz etmişdi.

Reuters agentliyi xəbər verir ki, əvvəlcə millət vəkilləri saziş layihəsinin qəbul ediləcəyinə işarə verməklə Boris Johnson-u sevindirmişdilər.

Lakin bundan elə bir neçə dəqiqə sonra parlament layihənin üç gün müddətində səsə qoyulması təklifini rədd edib.

Britaniya millət vəkilləri Breksit sazişinə dair qanunvericilik aktı layihəsinin ikinci oxunuşunun keçirilməsinə 329-299 nisbəti ilə səs veriblər.

Bununla belə, sənədin ikinci oxunuşdan sonra qəbul ediləcəyinə də tam zəmanət yoxdur. Beləki bir çox millət vəkilləri sənədə dəyişikliklərin edilməsini istəyirlər.

31 yanvar, 2020-ci il

Britaniya parlamenti ölkənin Avropa İttifaqından 31 oktyabradək ayrılmasına dair hökumətin təklifini 322-308 səs nisbəti ilə rədd edib.

Johnson daha bir ləngimədən təəssüfləndiyini bildirib.

Beləliklə opponentləri baş naziri Avropa İttifaqından Breksitin uzadılması üçün yeni möhlət istəməyə məcbur ediblər.

Johnson deyib ki, indi Avropa İttifaqının 27 üzvü Britaniyaya nə qədər vaxt verilməsi barədə qərarını bildirməlidir və həmin qəraradək bu qanunvericilik aktının müzakirəsi dayandırılır.

Avropa İttifaqı hələlik Johnson-un imzasız göndərdiyi müraciətin surətinə münasibət bildirməyib.

Reuters yazır ki, “Avropa İttifaqının verəcəyi vaxtın uzunluğu Breksitin taleyini dəyişə bilər, beləki ayrılmanın opponentləri ikinci referendumun keçirilməsinə çalışmaq üçün vaxt qazanacaqlar”.

Avropa İttifaqı nə deyəcək?

Avropa Şurasının prezidenti Donald Tuskun Britaniyanın ricasını ittifaq üzvü olan ölkələrin liderləri ilə müzakirə etdiyi xəbər verilir.

Baş nazirin adından göndərilmiş müraciətdə Avropa İttifaqından 2020-ci il, yanvarın 31-dək vaxt istənir.

Reuters yazır ki, 27 ölkənin bu müraciətə dərhal cavab verməyəcəyini gözləmək olar.

Parlamentdə keçirilən səsvermədən əvvəl baş nazir Boris Johnson demişdi ki, əgər Breksit gələn ilin yanvarınadək uzansa, o sazişin ratifikasiyasına çalışmayacaq, əksinə “Breksiti bitirək” şüarı ilə yeni seçkilərin keçirilməsinə çağıracaq.

Təhlilçilər deyirlər ki, indi ən çox gözlənilən nəticə də budur. Onlar bunu da bildirirlər ki, Breksitin ümumiyyətlə baş verməyəcəyi də mümkün variantlardan biridir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG