Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Breksit sazişinin ilkin detalları yayılıb


Avropa Komissiyasının qərargahı, 17 oktyabr, 2019-cu il
Avropa Komissiyasının qərargahı, 17 oktyabr, 2019-cu il

Britaniyanın Baş naziri Boris Johnson şənbə günü parlamentdə çıxış edəcək, bundan sonra deputatlar onun yeni Breksit sazişini təsdiqləmək, yoxsa AB-dən sazişsiz çıxmaq məsələsini müzakirəyə çıxaracaq. Bunu İcmalar Palatasının lideri Jacob Rees-Mogg bu gün – oktyabrın 17-də deyib.

Bu gün axşama isə deputatlar şənbə günü yığışmaq məsələsini səsverməyə çıxaracaqlar. Parlament şənbə günü yığışsa, bu, 1982-ci ildən bəri ilk belə iclas olacaq. Rees-Mogg deyib ki, təsdiqlənərsə, parlamentin iclası Qrinviç vaxtıyla səhər 9-un yarısında başlanacaq.

***

Sazişə görə, Şimali İrlandiya Böyük Britaniyanın gömrük ərazisində qalır, ancaq AB-nin prosedurları bu mürəkkəb sistemə daxil olan bütün məhsullara aid olacaq. İrlandiya adasında gömrük yoxlaması aparılmayacaq, bu, limanlarda gerçəkləşəcək.

Böyük Britaniyadan Şimali İrlandiyaya keçən məhsullara, eləcə də İrlandiya sərhədindən keçənlərin şəxsi əşyalarına AB-nin hər hansı tarifi tətbiq olunmayacaq.

Şimali İrlandiya Böyük Britaniyanın dünyadakı ticarət sazişlərindən faydalana biləcək. Məhsullar İrlandiyaya, AB-nin vahid bazarına keçməyincə, onlara yalnız Britaniyanın gömrük tarifləri tətbiq ediləcək.

Breksitdən sonra Şimali İrlandiya assambleyası regionda AB-nin normativ bazasının davamlı tətbiqinə razılıq verməli olacaq.

Boris Johnson Twitter-də Breksit sazişini elan edir
Boris Johnson Twitter-də Breksit sazişini elan edir

Breksitdən dörd il sonra sadə səs çoxluğu ilə bu məsələni səsverməyə çıxaracaq. Səsvermənin nəticəsi müsbət olarsa, sistem daha dörd il uzadıla bilər.

Razılıq olmazsa, iki illik fasilə yaranır və tərəflər İrlandiya adasında sərt sərhədə qayıdışı önləməkdən ötrü yeni həll yolu axtarırlar.

Regional assambleya səsvermə keçirməsə, sistem olduğu kimi davam edir.

Britaniya parlamentinin rədd etdiyi ilk razılaşmanın əksinə olaraq, bu sistem Britaniya ilə AB arasında yeni azad ticarət sazişi ilə əvəzlənməyəcək. Bu, AB tərəfdən böyük güzəşt sayılır.

Tərəflər Breksitdən sonra tarifsiz azad-ticarət sazişi əldə etmək istəyirlər. Hər iki tərəf bu zaman ətraf mühit, iqlim, işçilərin hüquqları və digər sahələr üzrə yüksək standartlara əməl edəcəyini bildirir.

Britaniyanın AB-dən ayrılmasından sonra vətəndaşların hüquqları elə əvvəl razılaşdırılmış sazişdə olduğu kimi qalır. 2020-ci ilin sonunadək, 14 aylıq keçid dövrü nəzərdə tutulur. Bu müddət bir, yaxud iki il uzadıla bilər.

***

AB Britaniya ilə Breksit sazişi ‘əldə edib’

Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker deyir ki, Britaniya ilə Avropa Birliyi bu ölkənin blokdan çıxmasına icazə verən sazişi əldə edib.

“İradə olarsa, saziş də olar – biz əldə etdik! Bu, AB və Britaniya üçün ədalətli və balanslı razılaşmadır, bizim həll yolları tapmaq öhdəliyimizin göstəricisidir”, – Juncker tvitində yazıb.

“Avropa Şurasına sazişi təsdiqləməyi tövsiyə edirəm”, – o, sözlərinə əlavə edib.

Oktyabrın 17-də AB liderlərinin Brüsseldə keçirilən sammitində bu razılaşma müzakirə olunacaq.

Britaniyanın Baş naziri Boris Johnson razılaşmanı “böyük yeni Breksit sazişi” adlandırıb. Ancaq Britaniya parlamenti sənədi təsdiqləyəcəkmi, bu, qeyri-müəyyən qalır. Şimali İrlandiya partiyası onu dəstəkləməyəcəyini bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG