Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 02:44

Böyrək transplantasiyası olanların dərman problemi qalır


Dializ

“Hərəmiz bir ölkədə öz maddi imkanlarımız hesabına böyrək transplantasiyası keçirmişik. Dərman problemlərimiz hələ də həll olunmayıb. Dərmanlar hər ay gecikir, üstəlik də yarımcan insanlar bu dərmanları yalnız bir ünvandan əldə edə bilirlər”.

Böyrək transplantasiyası keçirmiş bir qrup xəstə bu ilin iyununda “Qaynar xətt”ə dövlət tərəfindən ömürlük verilən pulsuz dərmanların gecikməsindən şikayətlənmişdi. Hazırda xəstələr yenə “Qaynar xətt”ə müraciət ediblər. Onlar dərmanların həftələrlə gecikdirilməsi səbəbindən vəziyyətlərinin ağırlaşdığını bildirirlər.

Buna da bax: Dializ xəstəsi: 'Pulsuz dərmanlar gecikdirilir, vəziyyətimiz ağırdır'

“AYLARDIR GECİKMƏLƏR TƏKRARLANIR”

Oqtay Şahbazov:

“İmmunosupressiv dərmanlar olmasa, yaşaya bilmərik. Bizi həyatda saxlayan məhz dövlətin pulsuz verdiyi həmin dərmanlardır. Gündəlik qəbul etdiyimiz dərmanlar kəsiləndə vəziyyətimiz ağırlaşır. Bu dərmanlar tapılmır, tapanda isə çox baha qiymətə tapırıq. Hər kəsin almaq imkanı olmur. Aylardır bu gecikmələr hər dəfə təkrarlanır. Hər dəfə söz verirlər ki, gələn ay vaxtında veriləcək, növbəti ay çatanda yenə eyni durumla qarşılaşırıq. Səhiyyə nazirinə müraciətlərimiz cavabsız qalır, o üzdən də artıq birbaşa prezidentə və vitse-prezidentə müraciət edirik, bizi öldürməsinlər. Adam var ki, həyatda qalmaq üçün ev-eşiyini satıb, xaricdə özünə böyrək köçürüb gəlib, burda dərmanları vaxtında qəbul etmədiyindən səhhətində ağırlaşmalar başlayıb”.

Xəstələr dərmanlarla 25 gündən bir təmin olunmalıdır. Ancaq demələrinə görə, aylardır ki, 35-40 günün tamamında dərmanı zorla əldə edirlər. Səbuhi Bayramov 5 il əvvəl əməliyyat olunub, deyir, “Selsep” dərmanını vaxtında qəbul etməsə, böyrəyi funksiyasını dayandıra bilər:

Buna da bax: Böyrək xəstələrinin dərmanı niyə gecikir?

“’Semaşko’da dializ şöbəsinin qarşısında toplaşırıq, saatlarla gözləyirik, dərman tələb edirik, əsəbiləşirik… Təzyiqim 50-yə düşür, birtəhər özümü evə çatdırıram. Artıq yorulmuşam. Xəstə insanların olan-qalan canı da dərman növbələrində, gözləmələrdə əldən gedir”.

“DƏRMANLAR POLİKLİNİKALARA VERİLSİN”

Xəstələri narahat edən ikinci məsələ dərmanların bir mərkəzdən verilməsiylə bağlıdır. Səbuhi Bayramov:

“Ayrı-ayrı bölgələrdən, qəsəbələrdən gəlirik. Hər ay gəlməliyik. Üstəlik, dərmanlar gecikdiyi üçün hər gün gəlirik. Xəstəliyimizə görə ictimai nəqliyyatdan istifadə edə bilmirik, məcburuq ki, taksi ilə gələk. Həm maddi imkanımız yol vermir, həm də yay-qış bu yolları gedib-gəlmək səhhətimizi ağırlaşdırır. İstədiyimiz odur ki, dərmanlar yaşadığımız ərazilər üzrə poliklinikalarda verilsin. Səhiyyə Nazirliyi üçün bu problemi həll etmək su içimi kimi bir şeydir”.

Buna da bax: Ağsu xəstəxanası: ''Snimka'ya ehtiyac yoxdur, baxanda görünür bilək sınıb...'

Səhiyyə Nazirliyi isə böyrək transplantasiyası xəstələrinin pulsuz dərmanla təminatında problem olmadığını bildirir. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, dərmanlar 1 saylı Şəhər Klinik Xəstəxanasının Dializ Şöbəsində siyahı üzrə xəstələrə vaxtında paylanır: “Ancaq yenə də araşdırarıq, burda anlaşılmazlıq var”.

Xəstələr bildirirlər ki, əvvəllər belə problemləri olmayıb. Bu problemlə bu ilin mart-aprel ayından üzləşiblər və hələ də davam edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG