Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:33

"Borussiya" klubunun avtobusunu partlatmaqda şübhəli bilinən rus tutuldu


Foto arxiv
Foto arxiv

Almaniya polisi Dortmundda “Borussiya” futbol klubunun avtobusuna hücumun təşkilində şübhəli bilinən Rusiya vətəndaşını həbs edib.

Bu barədə aprelin 21-də AzadlıqRadiosu Reuters və digər agentliklərə istinadla xəbər verir.

Məlumatı Almaniya prokurorluğu da təsdiqləyib.

İstintaqın məlumatına görə, həm də Almaniya vətəndaşı olan Sergei adlı həmin şəxs düşünürmüş ki, bu hücumdan sonra klubun aksiyaları düşəcək və o, bundan qazanacaq.

Məlumata görə 28 yaşlı həmin şəxsin klubda 15 min avroluq səhmləri var.

İstintaq hesab edir ki, o, partlayışı komandanın qaldığı hoteldən uzaqdan idarə olunan qurğu ilə törədə bilər.

Aprelin 11-də “Borussiya” klubunun avtobusu ətrafında törədilən kiçik partlayışda klubun ispaniyalı müdafiəçisi Marc Bartra yaralanıb.

Polis bir gün sonra islamçılarla əlbir olduğu güman edilən bir nəfər şübhəlinin həbs olunduğunu bəyan elədi.

Həmçinin həmin vaxt, partlayış yerindən bunun Allahın adından edildiyi və Almaniya təyyarələri Suriyada müsəlmanları öldürür sözləri yazılmış qeyd tapıldığı bildirilirdi.

Prokurorluq bunun terror aktı olduğunu bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG