Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:44

Borrel: ‘Navalnı məsələsi Rusiya-Avropa münasibətlərini ən aşağı həddə endirib’


Sergey Lavrov (solda) və Josep Borrel fevralın 5-də Moskvada görüşüblər
Sergey Lavrov (solda) və Josep Borrel fevralın 5-də Moskvada görüşüblər

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel fevralın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlarında müxalifətçi Aleksey Navalnının azad edilməsinə çağırıb:

"Mənim səfərim Aleksey Navalnının həbs və məhkum olunduğu, habelə minlərlə nümayişçinin saxlandığı vaxta düşüb. Mən cənab Lavrova bu faktlarla bağlı dərin narahatlığımı bildirdim, Navalnının azad olunmasına və onun zəhərlənməsi ilə bağlı tam təhqiqatın aparılmasına çağırdım”.

Borrelin sözlərinə görə Avropa İttifaqı Rusiyanın suverenliyinə və daxili öhdəliklərinə hörmət etsə də, Moskvanın təməl vətəndaş hüquqları və azadlığına dair də öhdəliklərinin olduğunu xatırladır.

O bildirib ki, Avropanın Rusiya ilə hazırkı münasibətləri fikir fərqləri, etimadın itirilməsi ilə müşayiət olunur, amma bəzi sferalarda əməkdaşlıq mümkündür.

Borrel bu qəbildən mədəni mübadiləni, təhsili, səhiyyıəni, pandemiya ilə mübarizəni və iqlim dəyişikliyini misal gətirib.

“Sözəbaxan və əlaltı” təşkilat

Sergey Lavrov öz növbəsində deyib ki, “münasibətlər, o cümlədən Avropa İttifaqının uydurma bəhanələrlə yeritdiyi məhdudiyyətlərə, birtərəfli qeyri-legitim əngəllərə görə hazırda heç də yaxşı zamanını yaşamasa da, Rusiya üçün Aİ ilə münasibətlərin saxlanması vaclbdir”.

Aleksey Navalnının “Noviçok” maddəsi ilə zəhərlənməsi barədə iddiaları şərh edərkən Lavrov bildirib ki, həkimlər nə Rusiyada, nə də Almaniyada zəhəri tapmayıblar.

Rusiya XİN-in başçısı iddia edib ki, zəhəri yalnız Almaniyanın hərbi həkimləri aşkar ediblər.

Lavrov deyib ki, Rusiya zəhərlənmənin analizinə dair materialları dəfələrlə istəsə də, nə Almaniya, nə Fransa, nə də İsveçrə cavab verməyiblər.

Navalnının qan analizini bu ölkələrdəki laboratoriyalar aparmışdı.

Lavrov habelə Kimyəvi Silahların Qadağanı Təşkilatını “sözəbaxan və əlaltı” qurum adlandırıb.

Navalnı situasiyası

Bu danışıqlardan əvvəl həm Lavrov, həm də Borrel Rusiya ilə İttifaq arasında normal əlaqələrin olmadığını vurğulamışdılar.

Josep Borrel demişdi:

“Aydındır ki, hazırda münasibətlərimiz gərgindir və Navalnı ilə bağlı situasiya bu münasibətləri ən aşağı həddə endirib”.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Borrelin səfəri 2017-ci ildən bəri hər hansı yüksək vəzifəli Avropa rəsmisinin Rusiyaya ilk səfəridir.

Bu münasibətlər 2014-cü ildə Ukraynanın Krım yarımadasının Moskva tərəfindən ilhaq olunmasından və Ukraynanın şərqində separatçı münaqişənin başlanmasından sonra korlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG