Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:23

Ukraynada İranda vurulmuş təyyarədə həlak olanlara abidə qoyulub


Ukrayna rəsmiləri Kiyev beynəlxalq hava limanında ötən ay İranda vurulmuş sərnişin təyyarəsində həlak olanların xatirə abidəsini açıblar.

Ukraynanın beynəlxalq hava yolları UIA şirkətinin Boeing 737-800 təyyarəsi yanvarın 8-də Tehranın beynəlxalq hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb və təyyarədəki 176 nəfərin hamısı həlak olub.

Hadisədən yalnız üç gün sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) PS752 reysi ilə uçan təyyarəni “istəməyərəkdən” vurduğunu etiraf edib.

Təyyarənin Rusiya istehsallı iki raketlə vurulması xəbər verilirdi.

Sərnişinlərin arasında çox sayda iranlılar vardı və hadisə İranda hökumətə qarşı geniş etiraz aksiyalarına səbəb olub.

Üzərində “PS 752, 08.01.2020” yazılmış mərmər abidə fevralın 17-də Borispol beynəlxalq hava limanında açılıb.

Açılış mərasimində qurbanların yaxınları, habelə Ukraynanın xarici işlər naziri Vadym Prystayko, Ukrayna Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov və UIA şirkətinin prezidenti Yevhen Dyhne iştirak ediblər.

Bu təyyarədə vətəndaşları olmuş başqa ölkələrin – Əfqanıstan, Britaniya, Kanada, Almaniya, İran və İsveçin də nümayəndələri açlış mərasiminə qatılıblar.

Müxbirlərlə söhbətində Prystayko deyib ki, təyyarə qəzası ilə bağlı təhqiqat hələ də davam edir.

O bildirib ki, Ukraynanın Baş Prokurorluğu qəzanın araşdırılması üçün birgə təhqiqat qrupunun yaradılması təklifi ilə İrana müraciət edib.

Rəsmi bildirib ki, bu təhqiqat təkcə raketin buraxılış düyməsini basanın yox, ümumilikdə bu hadisədə iştirak edənlərin hamısının cəzalandırılması ilə nəticələnməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG