Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:21

Ukrayna İranın təklif etdiyi kompensasiyanı yetərli saymır


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Ukrayna Prezidenti Volodymyr Zelenskiy televiziya çıxışında deyib ki, İran yanvarın 8-dəUkrayna sərnişin təyyarəsi vurulandan sonra hər bir qurbandan ötrü 80 min dollar təklif edib, amma Kiyev bunu “”çox az” hesab edərək qəbul etməyib.

Zelenskiy 1+1 televiziyasına müsahibəsində deyib ki, “əlbəttə, insan həyatı pulla ölçülmür, ancaq biz qurbanların ailələri üçün daha çox kompensasiya tələb edəcəyik”.

Yanvarın 8-də İslam İnqilab Keşikçiləri Korpusunun havadan müdafiə qüvvələri Ukrayna Hava Yollarına məxsus təyyarəni Tehrandan qalxandan az sonra vurub, təyyarədəki 176 nəfər həlak olub.

İran bunu bədbəxt hadisə adlandırıb, yanvarın ortasında deyib ki, qara qutunu təhlil üçün Kiyevə göndərəcək.

Zelenskiy deyib ki, Ukrayna hələ qara qutunu əldə etməyib, əvəzində Tehran təklif edib ki, Ukrayna mütəxəssisləri fevralın 3-də İrana uçsunlar və qara qutuları tədqiq etsinlər.

“Qorxuram ki, iranlılar bizim mütəxəssisləri cəlb edəndən sonra desinlər ki, ‘gəlin indi qutuları yerində deşifrə edək’, daha sonra da desinlər ki, ‘indi qara qutuları neynirsiz ki?’” – Zelenskiy vurğulayıb.

“Xeyr, biz qutuları Ukraynaya gətirmək istəyirik”, – o, sözlərinə əlavə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG