Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:48

Ukrayna jurnalisti ‘sifariş edənin’ adını açıqlayır


Ukrayna jurnalistin qətlini sifariş edənib həbs olunduğunu bildirir

Ukrayna hakimiyyət orqanları rusiyalı jurnalist və Putinin tənqidçisi Arkady Babchenko-nun qətlini sifariş etməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb. Onun, bu qətli Rusiya məxfi xidmətlərinin tapşırığı ilə hazırladığı iddia edilir.

Mayın 31-də Kiyev məhkəmələrindıən birində keçirilən dinləmədə prokurorlar Boris Herman-ı Rusiyanın qəsdini həyata keçirmək cəhdində ittiham ediblər.

Ukrayna təhlükəsizlik xidməti – SBU bildirir ki, Babchenko-nun ölümünü səhnələşdirməklə ona qarşı sui-qəsdin qarşısı alınıb.

Məhkəmə prokurorların Herman-ın mühakiməyə qədər 2 ay müddətində həbsdə saxlanması barədə ricasını təmin edib.

Mayın 31-də özünün Facebook səhifəsində Herman-ın vəkili Yevhen Solodko yazır ki, Herman Ukrayna-Almaniya müştərək silah istehsalı müəssisəsi Schmeisser-in direktorudur.

Schmeisser Ukraynada dövlətin mülkiyyətində olmayan yeganə silah istehsalçısıdır.

Solodko bunu da yazır ki, Herman iddia edilən başqa qəsdçilərlə kommunikasiyada olub, amma qətl planı müzakirə olunmayıb.

Solodko iddia edir ki, Herman ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən separatçılara qarşı mübarizədə Ukrayna ordusuna fəal dəstək verib.

Vəkil yazır ki, Herman-ın silah istehsalı şirkəti Ukrayna Müdafiə Nazirliyi ilə uzunmüddətli münasibətlərə malikdir:

"Boris özünün könüllü işləri ilə tanınır. Bizim snayperlərimizin tüfənglərinə onun müəssisəsində hazırlanan optik nişançılar qoyulub. O mövcud hərbi silahların bazasında ən qüdrətli snayper komplekslərini yaradır və modernləşdirir”.

Bu arada Ukraynanın dövlət UNIAN xəbər agentliyi bildirib ki, ölkənin şərqində separatçılara qarşı vuruşmuş bir ukraynalı Babchenko-ya qarşı sui-qəsdin icraçısı olmaqda ittiham edilir.

Onun adı hələlik açıqlanmır. Kiyev bildirir ki, Rusiya kəşfiyyat orqanları Babchenko-nun qətli üçün Herman-a 40 min dollar ödəyib. Bunun 10 mini icraçı üçün nəzərdə tutulmuşdu.

Ukrayna hökuməti bildirir ki, Rusiyanın qəsd planına görə Ukraynada daha 30 nəfər öldürülməliydi.

Günün bütün mövzuları

XS
SM
MD
LG