Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:38

Britaniya hökumətindən kütləvi istefalar davam edir


Boris Conson
Boris Conson

Baş nazir Boris Consona etimadsızlıqla bağlı 30-dək yüksək vəzifəli rəsmi hökumət kabinetini tərk edib. Onların arasında həm nazirlik rəhbərləri, həm də vəzifəli deputatlar var.

İyulun 5-də vəzifələrindən səhiyyə və maliyyə nazirləri istefa veriblər. Buna səbəb Boris Consonun Kris Pinçeri parlament üzvlüyünə təyin etməsi olub.

Hakim Mühafizəkar Partiyadan olan Pinçeri sərxoş vəziyyətdə cinsi qısnamada ifşa ediblər. O, bir həftə əvvəl vəzifəsindən gedib.

Bu gün, iyulun 6-da istefa verən nazirlər Consona yazdıqları məktubda onu vəzifəsindən getməyə çağırıblar. Conson istefa vermək niyyətində olmadığını deyib.

Britaniya Mühafizəkar Partiyasının xüsusi komitəsi iyulun 11-də öz rəhbərliyinin seçkisini keçirəcək.

Həmin vaxtadək partiya liderinin dəyişilməsi qaydası olduğu kimi qalacaq.

Boris Conson hazırda hakim partiyanın lideridir. Qaydalara görə, partiya lideri baş nazir vəzifəsini tutur.

***

Britaniya hökumətinin iki üzvü iyulun 5-də Baş nazir Boris Consonla işləməkdən imtina edərək istefa verib. Onlardan Səhiyyə naziri Sacid Cavid açıqlamasında hökumət başçısına etimadı itirdiyini bildirib. Digəri, Maliyyə naziri Rişi Sunak da deyib ki, Britaniya cəmiyyəti hökumətdən "düzgün, bacarıqlı və ciddi iş" gözləyir və onun baş nazirlə baxışları çox fərqlidir.

İstefa Consonun başçılıq etdiyi Mühafizəkarlar Partiyasının mühüm üzvünün partiyadakı vəzifəsindən istefa verməsindən bir həftə sonraya təsadüf edir. Belə ki, Kris Pinçer Mühafizəkarların qapalı klubunda keçirilən məclisdə sərxoş halda kişilərə sataşmaqda ittiham olunurdu.

Bu qalmaqal Consonun partiyadaxili kəskin tənqidi fonunda baş verib. Apreldə o, tarixdə vəzifədə olarkən qanunu pozması ifşa edilən ilk baş nazir oldu. Onda o, öz hökumətinin COVID-19 pandemiyası səbəbiylə elan etdiyi ümumi karantin zamanı həmin qaydaların pozulduğu təsbit edilən bir məclisdə iştirakına görə cərimələndi.

Amma iyunun əvvəlində Conson Mühafizəkarlar Partiyasında məsləkdaşlarının ona qarşı irəli sürdüyü etimadsızlıq üzrə səsvermədə qalib gəldi. Parlamentdəki 211 partiya nümayəndəsi Consonun lehinə, 148-i isə əleyhinə səs verdi.

Bundan sonra partiya 100 ildən artıqdır ki, heç birində uduzmadığı iki dairədə təkrar seçkilərdə məğlub oldu. O mandatların hər ikisi əvvəllər Mühafizəkarlara məxsus idi. Həmin yerlərin sahiblərindən biri cinsi təcavüzdə təqsirli bilinib, ikincisi debat zamanı parlamentdə pornoqrafiyaya baxdığını etiraf edib və hazırkı deputatların tuta bilməyəcəyi vəzifəyə göndərilib.

Həmçinin, iyunun 5-də hakim Mühafizəkarlar Partiyasının gənclərlə iş üzrə sədr müavini Bim Afolami və Britaniyanın Mərakeşdəki ticarət nümayəndəsi Endrü Marrison da istefa veriblər.

Müxalifətdəki Leyboristlər Partiyasının lideri Kir Starmer iyulun 5-də deyib ki, Britaniya hökuməti Consonu işdən çıxarmalıdır.

Bu, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi demək olardı - sorğular göstərir ki, Mühafizəkarlar xeyli sayda yer itirə bilər. "YouGov" sorğusuna görə, britaniyalıların 60 faizi hökumətin, 71 faizi isə şəxsən Consonun işini bəyənmir. Sosioloqların proqnozuna görə, keçən həftə seçkilər keçirilsəydi, Mühafizəkarlardan daha çox insan Leyboristlərə səs verərdi və birincilər parlamentdə ən azı 26 yer itirərdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG