Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 12:43

Borcyığanlara qarşı cinayət işi açıldı - cinsi təcavüz ittihamıyla


►Parlament işə qarışdı

Rusiyanın İstintaq Komitəsi xəbər verir ki, kollektor (borcyığan) agentliyi əməkdaşlarının Novosibirskdən olan ailəyə seksual xarakterli hücumlarından sonra onlara qarşı cinayət işi açılıb.

Komitədən bildiriblər ki, baş verən hadisənin ev sahibəsinin borcu ilə əlaqəli olması versiyası əsas götürülüb və yoxlanılır.

Bundan əvvəl quldurluqla bağlı qaldırılmış olan cinayət işi də bu işə birləşdirilib.

Martın 30-da 4 kişi Novosibirsk vilayətində özəl evdə yaşayan üç nəfərdən ibarət ailəyə hücum edərək onların mobil telefonunu oğurlayıb.

Zərərçəkənlərdən biri 17 yaşlı yeniyetmədir. Yerli KİV-lər hadisənin ailənin borcları ilə bağlı olduğunu yazıblar.

Kollektorların əməlləri ilə bağlı çoxsaylı səs-küylü qalmaqallar qanunvericilikdə dəyişiklik edilməsi zərurətini ortaya qoyub.

Məsələn, yanvar ayında kollektorlar Ulyanovskda bir evin pəncərəsinə içində yandırıcı maye olan butulka atmış, nəticədə iki yaşlı uşaq yanıq xəsarəti almışdı.

___________________________________________________________

Bunlara da bax:
Azərbaycanla Ermənistan atəşkəsə razılaşdı
Keçmiş hərbçi İsa Sadıxov ordunun sonacan gedəcəyinə inanmır

___________________________________________________________

Ötən ay isə Uralda bir bank təcili yardım xidmətinin məlumat şöbəsinin, uşaq xəstəxanasının və Yekaterinburq məhkəmələrinin işini iflic etmişdi.

Dövlət Duması artıq kollektorlara fiziki güc və hədə tətbiq etməyi qadağan edən qanun layihəsini müzakirə etməkdədir. Yeni qaydalar qəbul olunsa, kollektor agentliklərinin əməkdaşlarına borclulara psixoloji təzyiq göstərmək, yaxud da borc barədə üçüncü şəxslərə məlumat vermək qadağan ediləcək.

Bundan başqa agentliklər borclular barədə məlumatı ictimaiyyətə açıq mənbələrdə yerləşdirə bilməyəcəklər.

Maliyyə böhranına görə Rusiyada milli valyuta dəyərdən düşüb və minlərlə insan dollarla götürdükləri kreditləri qaytarmaqda çətinlik çəkirlər.

Banklar isə borclulardan pulu ala bilməyəndə onların borclarını üçüncü tərəfə - kollektor şirkətlərinə satırlar.

XS
SM
MD
LG