Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Bolton və Patrushev Cenevrədə nədən danışıblar?


ABŞ milli təhlükəsizlik müşaviri John Bolton (sağda) və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev Cenevrədə görüşüblər
ABŞ milli təhlükəsizlik müşaviri John Bolton (sağda) və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev Cenevrədə görüşüblər

Ağ Evin milli təhlükəsizlik müşaviri John Bolton deyib ki, avqustun 23-də Cenevrədə keçirilən danışıqlarda Moskvaya xəbərdarlıq edərək Birləşmiş Ştatların “qarşıdan gələn mövzümarası seçkilərə müdaxiləyə dözməyəcəyini bidlirib”.

Bolton bildirib ki, rusiyalı həmkarı, prezident Vlasdimir Putinin Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev-lə İran qüvvələrinin Suriyada olması ilə bağlı məsələni müzakirə edib. Boltonun deyib ki, bu danışqılar İranın hərbi kontingentinin Suriyadan “addımbaaddım” çıxarılmasına təkan verəcək.

ABŞ kəşfiyyatı Rusiyanın 2016-cı il ABŞ prezident seçkisini Trump-ın xeyrinə hədəflədiyinə dair nəticəyə gəlib. Kəşfiyyat habelə bildirir ki, Moskva noyabrda keçiriləcək Konqres seçkilərini də təsirləndirməyə cəhdlər göstərməkdə davam edir.

Bolton Patrushev-lə danışıqlardan sonra Cenevrədə deyib: “Mən aydın şəkildə bildirdim ki, biz 2018-ci ildə müdaxiləyə dözməyəcəyik və bunun baş verməsini önləmnək üçün zəruri addımları atmağa hazırıq”.

Moskva seçkiyə müdaxiləsi barədə iddiaları israrla rədd edir. Buna baxmayaraq Vaşinqton bu iddialarla bağlı Moskvanın üzərinə ağır sanksiyalar qoyub və Rusiya diplomatlarını ölkədən qovub.

Lakin Patrushev Cenevrə danışıqlarından sonra deyib ki, söhbət zamanı Rusiyaya qarşı heç bir ittiham səsləndirilməyib.

O bildirib ki, iki tərəf Suriya, Ukrayna, kibertəhlükəsizlik və nüvə məsələlərini müzakirə edib.

Patrushev əlavə edib ki, o ABŞ rəsmilərinin danışıqların yeni dövrəsi üçün Moskvaya və ya Rusiyanın başqa şəhərlərinə səfər etməsini təklif edib. O əlavə edib ki, belə danışıqlar üçün konkret vaxt məsələsi müzakirə olunmayıb.

O deyib ki, ABŞ və Rusiya Müdafiə və Xarici İşlər nazirlikləri, habelə qərargah rəisləri arasında kommunikasiya kanallarının yenidən açılmasına dair razılaşma əldə olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG