Martın 26-da Bolqarıstanda parlament seçkiləri keçirilir.
Seçkilərdə 13 partiya, 9 koalisiya, 21 təşəbbüs qrupu iştirak edir. Ümumilikdə 4732 deputat qeydə alınıb.
Bolqarıstan parlamentinin 240 deputatı dörd il müddətinə seçilir. Seçicilərin 4 faizindən çoxunun səsini alan partiya parlamentdə təmsil olunmaq hüququ qazanır.