Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:29

Bolqarıstan Türkiyə ilə sərhədi möhkəmləndirir


Türkiyə-Bolqarıstan sərhədi
Türkiyə-Bolqarıstan sərhədi

Bolqarıstan bildirir ki, qanunsuz miqrant axının qarşısını almaq məqsədilə Türkiyə ilə sərhəddə təhlükəsizlik təbirlərini sərtləşdirir.

Bundan əvvəl Ankara öz sərhədlərini açıb Suriya qaçqınlarını Avropaya buraxmaqla hədələmişdi.

Baş nazir Boyko Borisov fevralın 28-də deyib ki, quru sərhədi boyunca qoşunlar yerləşdirilib, dəniz məkanının mühafizəsi gücləndirilib.

Türkiyə mediası xəbər verir ki, Suriya münaqişəsində yaranmış eskalasiya ilə bağlı yüzlərlə miqrant Türkiyənin Yunanıstan və Bolqarıstanla həmsərhəd bölgələrinə axışıb.

Rəsmi Ankara bildirir ki, qaçqınların Avropa ərazisinə keçməsinə mane olmayacaq.

Adları açıqlanmayan Türkiyə rəsmiləri Reuters agentliyinə deyiblər ki, ölkənin sərhəd qoşunlarına Avropaya yollanan miqrantlara mane olmamaq əmr edilib.

Bolqarıstan müdafiə naziri Krasimir Karakachanov bildirib ki, Sofiya qanunsuz miqrantların qarşısını almaq məqsədilə Türkiyə ilə sərhədə 1000-dək əsgər və 140 ədəd hərbi texnika yerləşdirməyə hazırdır.

Bolqarıstanın sərhəd polisi artıq Türkiyədən gələn 30 nəfərlik qaçqın dəstəsinin sərhədi keçməsinin qarşısını alıb.

Borisov deyib ki, bu məsələni müzakirə etmək üçün Türkiyə prezidenti Recep Tayyip Erdoğana zəng etməyi planlaşdırır.

Türkiyə və Avropa İttifaqı arasında 2016-cı ildə əldə olunmuş razılaşmaya görə Ankara Suriya qaçqınlarının Avropaya gəlməsinin qarşısını almalıdır.

Avropa İttifaqı Suriya qaçqınlarının yerləşdirilməsi üçün Türkiyəyə 6, 6 milyard dollar ödəyib.

Avropa İttifaqı Türkiyədən öz öhdəliklərinə əməl etməsini gözlədiyini bildirib.

Aİ sözçüsü Peter Stano deyib ki, Türkiyə rəsmiləri sözü gedən razılaşmaya dəyişiklik edilməsinə dair heç bir müraciət etməyiblər.

Türkiyənin Avropaya gedən yolları açmaq qərarı onun Suriyanın şimalında bir gündə 33 əsgərini itirməsinin hiddəti ilə bağlıdır.

Ankara bildirir ki, Qərb onun Suriyanın şimalında bufer zonası yaratmaq planlarının icrasında heç bir köməklik etməyib.

Suriyada anti-Assad qüvvələrini dəstəkləyən Türkiyə bildirib ki, Suriyanın hökumət mövqeləri üzərinə cavab zərbələri ilə qarşı tərəfin 309 hərbçisini “neytrallaşdırıb”.

Suriya rejiminin əsas hərbi müttəfiqi Rusiya bildirir ki, Türkiyə hərbçilərinə Suriya qüvvələri hücum edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG