Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:22

Erdogan Avropaya xəbərdarlıq edir


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə Prezidenti Recep Tayyip Erdogan Avropaya yeni miqrasiya dalğası barədə xəbərdarlıq edib. Bu arada suriyalılar Rusiya və Suriya hökumətinin ölkənin şimal-qərbinə raket zərbələrindən qaçmağa çalışırlar.

Erdogan dekabrın 22-də İstanbulda deyib ki, hazırda 80 mindən artıq suriyalı İdlibdən Türkiyəyə yol alıb və ölkəsi daha bir qaçqın axınını idarə edə bilməz.

Suriyada səkkiz ildir münaqişə gedir və 4 milyonadək qaçqının Türkiyəyə sığındığı bildirilir.

Erdogan deyib ki, zorakılıq dayanmasa, Avropa “bunun təsirini hiss edəcək”.

Türkiyə prezidenti indiki durumu 2015-ci il böhranı ilə müqayisə edib. O zaman Avropa Birliyi ölkələrinə 2-ci Dünya müharibəsindən bəri ən böyük miqrant axını baş vermiş, qurumun daxilində və sərhədləri xaricində siyasi və diplomatik qarışıqlıq yaranmışdı.

Erdogan onu da əlavə edib ki, Türkiyənin nümayəndə heyəti Moskvaya yollanıb və dekabrın 23-də Suriyadakı vəziyyəti müzakirə edəcək. O, həmin danışıqların nəticələrinə əsasən hərəkətə keçəcəyini söyləyib.

12-dən artıq kənd ələ keçirilib

Bir neçə həftədir Rusiya hərbi qüvvələri Suriya Prezidenti Bashar al-Assad-a sadiq qüvvələrlə birlikdə İdlibə hücuma keçib. Bu region Assada qarşı çıxan qüvvələrin son istehkamı sayılır. Hücum nəticəsində 12-dən artıq kəndin ələ keçirildiyi vurğulanır.

Dekabrın 22-də İdlibə raket zərbələrinin endirildiyi xəbər verilib.

Dekabrın 16-dan bəri islamçıların əlində olan İdlibdən onminlərlə adam qaçıb. Məlumatı BMT yayıb.

ABŞ Dövlət katibi Mike Pompeo dekabrın 21-də deyib ki, Rusiya və Çin bir gün öncə BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyduğuna görə “əlləri qana bulaşıb”. Həmin qətnamədə Suriyaya xaricdən humanitar yardım çatdırmağın müddəti daha bir il uzadılırdı.

Qətnaməni şuranın qalan 13 üzvü dəstəkləyib, Pekin və Moskva isə veto qoyub. Alternativ razılaşma əldə olunmasa, BMT yardımının Suriyada müxalifətin əlində olan ərazilərə çatdırıla bilməyəcəyi sarıdan narahatlıq var.

Erdogan bundan öncə də miqrantların ölkəsinə yaratdığı gərginliklə bağlı xəbərdarlıq edib, Qərb daha artıq yardım və əməkdaşlıq etməsə, miqrant axınını önləmək cəhdlərini azaldacağı ilə hədələyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG