Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:43

Bolqarıstan Şimali Makedoniya ilə ‘dil davasını’ qurtarmaq istəyir?


Bolqarıstanın keçid baş naziri Stefan Yanev
Bolqarıstanın keçid baş naziri Stefan Yanev

Bundan əvvəl Bolqarıstan Şimali Makedoniya ilə Avropa İttifaqı arasında üzvlük danışıqlarının başlanmasına blok qoymuşdu

Bolqarıstan liderləri Şimal Makedoniyanın Avropa İttifaqına üzv olmasına güclü dəstək bildiriblər.

Bundan əvvəl Bolqarıstan Şimali Makedoniya ilə Avropa İttifaqı arasında üzvlük danışıqlarının başlanmasına blok qoymuşdu.

Buna səbəb Bolqarıstanın Şimali Makedoniyadan ölkənin rəsmi dilinin bolqar dili olmasını qəbul etməsinə dair tələbi idi.

Sofiya israr edir ki, ayrıca Makedoniya dili yoxdur və bu, əslində bolqar dilinin ləhcəsidir.

Lakin iyunun 17-də Bolqarıstan paytaxtında baş nazir Zoran Zayevin başçılıq etdiyi Şimali Makedoniya nümayəndə heyəti ilə danışıqlardan sonra Bolqarıstan hökumətinin başçısı Stefan Yanev deyib:

“Amalımız mütəxəssislərimizin bir araya gəlib düzgün həll tapmasına imkan verəcək etimad, dostluq və açıq dialoq ab-havasının yaradılmasıdır”.

İndiyədək Avropa İttifaqının Şimali Makedoniya ilə üzvlük danışıqlarına başlamasına bu ölkə ilə tarix, milli kimlik və dil kimi məsələlərdə mübahisəsi olan Bolqarıstan veto qoymuşdu.

Bolqarıstan Şimali Makedoniyanın ölkə dilinin bolqar dili olmasını rəsmən təsdiqləməsini istəyir.

Skopye isə bildirib ki, milli kimlik və dil məsələsi müzakirə predmeti ola bilməz.

Zayev ümid edir

Sofiyanın Şimali Makedoniyanın Avropa İttifaqı üzvlüyü danışıqlarının bloklanmasını Bolqarıstanın parlamentdə təmsil olunan bütün siyasi partiyaları dəstəkləyirlər.

AzadlıqRadiosu bildirir ki, hazırda hakimiyyətdə olan keçid hökuməti çətin ki, bu mövqeyi dəyişə bilsin.

Bununla belə, bu hökümət iyulda keçiriləcək erkən seçkidə əlavə məsələlərin səsə qoyulmasına dair qanunvericilik dəyişikliyi hazırlaya bilər.

İndiyədək iki ölkənin tarix və dil alimlərinin birgə komissiyası mübahisələri həll edə bilməyib.

Bəzi politoloqlar Zayevin və başqa yüksək vəzifəli makedoniyalıların Sofiyaya səfərindən sonra vəziyyətin dəyişə biləcəyinə inanırlar.

Şimali Makedoniya nümayəndə heyətinin tərkibində baş nazirin müavini, Avropa işləri üzrə nazir Nikola Dimitrov və xarici işlər naziri Buyar Osmani də var.

Zayev bu səfərin əsnasında Bolqarıstanın əsas partiyalarının rəhbərləri, baş nazir Yanev və prezident Rumen Radevlə görüşüb.

Zayev görüşlərdən sonra ümid etdiyini bildirib ki, Sofiyada keçirilən danışıqlar “iki qardaş xalqın” arasındakı mübahisələri aradan qaldıracaq.

O Bolqarıstana Şimali Makedoniyanın Avropa İttifaqına üzv olmasına dəstək verməyə çağırıb.

Prezident Radev Şimali Makedoniya ilə ikitərəfli münasibətlərin yaxşılaşmasının “fövqəladə” əhəmiyyətə malik olduğunu deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG