Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Oktyabr, bazar, Bakı vaxtı 22:53

Bolqarıstanın Şimali Makedoniya ilə ‘dil davası’


Bolqarıstan xarici işlər naziri Svetlan Stoyev

Bolqarıstan bildirib ki, Şimali Makedoniyanın Avropa İttifaqına üzvlüyü üçün danışıqlara başlanması qərarına qoyduğu vetonu qaldırmaq niyyətində deyil.

Bu iki qonşu arasında çoxdan davam edən dil və tarix mübahisəsi var.

Bolqarıstan xarici işlər naziri Svetlan Stoyev mayın 21-də Avropa İttifaqı rəsmiləri ilə Sofiyada görüşdən sonra deyib ki, “Bolqarıstanın Şimali Makedoniyaya münasibətdə milli mövqeyində dəyişiklik olmayıb”.

Bolqarıstan prezidenti Rumen Radevsə bildirib ki, Avropa İttifaqının Balkanlara genişlənməsi “yaxşı qonşuluq quruculuğunda dayanıqlı nəticələrə” əsaslanmalıdır:

"Məhz buna görə də bizə bəyanatlar yox, bizim milli təhlükəsizliyimizə və milli maraqlarımıza aydın qarantiyalar lazımdır”.

Bolqarıstan 2020-ci ilin noyabrında Avropa İttifaqının Şimali Makedoniya ilə üzvlük danışıqlarına başlanmasını bloklayıb. Sofiya bunu Skopye ilə danışıqların çərçivəsini təsdiqləməməklə edib.

Avropa İttifaqının hər hansı bir ölkə ilə üzvlük danışıqları üçün çərçivə ittifaqa üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənməlidir.

Politoloqlar bildiriblər ki, Bolqarıstanda iyulun 11-ə təyin edilmiş qəfil seçkilərə qədər bu mövqeyin dəyişəcəyini gözləməyə dəyməz.

Dil, yoxsa ləhcə?

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi və hazırda Avropa İttifaqının rotasiyalı sədri olan Portuqaliyanın xarici işlər naziri Santos Silva Sofiyadakı danışıqlardan sonra Şimali Makedoniyaya səfər ediblər.

Şimali Makedoniyanın baş naziri Zoran Zayev deyib ki, Avropa İttifaqının bu iki rəsmisi onun ölkəsi ilə Bolqarıstan arasında mübahisənin çözülməsi üçün “yaxşı baza” təklifi ediblər.

“Bu sənədin layihəsi bizim Makedoniya kimliyimiz və irsimiz məsələlərinə toxunmur və müdaxilə etmir”.

Bununla belə Zayev sənədin təfərrüatları barədə danışmayıb.

Avropa İttifaqına 2007-ci ildə qəbul edilımiş Bolqarıstan istəyir ki, Skopye Şimali Makedoniyanın milli kimlik və dilinin bolqar köklərinə malik olduğunu qəbul etsin.

Skopye isə israr edir ki, Makedoniya dili ayrıca Cənubi Slavyan dilidir. Halbuki Bolqarıstan Makedoniya dilini bolqar dilinin dialekti hesab edir.

Bu mübahisənin çözülməsi üçün yaradılmış birgə tarix komissiyası ortaq məxrəcə gələ bilməyib.

XS
SM
MD
LG