Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 17:01

BMT ‘sistematik’ irqçiliyə son qoymağa çağırır


Corc Floydun ölümünə etirazlar, may, 2020-ci il
Corc Floydun ölümünə etirazlar, may, 2020-ci il

Komissar dünya üzrə 190 afrikalının və Afrika mənşəli şəxsin polisin əlində ölməsinə baxmayaraq, polis əməkdaşlarının “nadir hallarda məsuliyyətə cəlb olunduğunu” bildirir

Dünyanın bir çox yerlərində Afrika mənşəli adamlara qarşı sistematik irqçilik var. BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçele iyunun 28-də qlobal hesabatda belə deyir. Hesabat ötən il Minneapolisdə polis əməkdaşı tərəfindən afroamerikalı Corc Floydun qətlindən sonra hazırlanıb.

Afrika mənşəli insanların səsini eşitmək

Baçelenin sözlərinə görə, Şimali Amerika, Avropa və Latın Amerikasının bir çox yerlərində polisin irqi zəmində aşırı gücdən istifadə etməsi adi hala çevrilib. O, hökumətləri ayrıseçkiliyə son qoymağa, qanunsuz ölümlərə görə hüquq mühafizə əməkdaşlarını mühakimə etməyə çağırıb.

“Bütün dövlətləri irqçiliyi danmağı dayandırmağa, onun kökünü kəsməyə; cəzasızlığa son qoyaraq inam yaratmağa; Afrika mənşəli insanların səsini eşitməyə; keçmiş miraslarla üzləşərək həll yolunu tapmağa səsləyirəm”, – komissar İnsan Haqları Şurasının hesabatında vurğulayır.

Komissar dünya üzrə 190 afrikalının və Afrika mənşəli şəxsin polisin əlində ölməsinə baxmayaraq, polis əməkdaşlarının “nadir hallarda məsuliyyətə cəlb olunduğunu” bildirir, Floyd daxil olmaqla yeddi “simvolik halı” misal gətirir.

“Ümidverici təşəbbüs”

İyunun 25-də məhkəmə keçmiş polis əməkdaşı Derek Şauvinə Floydun ölümünə görə 22 il yarım iş kəsib. Məhz Floydun ölümü “Black Lives Matter” adlı etiraz hərəkatını alovlandırıb.

“İrqi bərabərlik və ədalətdə dönüş nöqtəsinə nail olmaqdan ötrü bu gün vacib fürsət var”, – hesabatda deyilir.

Baçele ABŞ Prezidenti Co Baydenin ölkədə irqi bərabərsizliyi yoluna qoymaqdan ötrü yanvarda imzaladığı fərmanı “ümidverici təşəbbüs” adlandırıb.

“Sistematik irqçiliyə sistematik reaksiya gərəkdir. İrqi bərabərlik və ədalətdə dönüş nöqtəsinə nail olmaq üçün vacib fürsət yaranıb”, – Baçele deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG