Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:25

Təhlükəsizlik Şurasının sessiyasına Nazarbayev sədrlik edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasında xəbərdarlıq edib ki, İran və dünya gücləri arasında imzalanmış sazişin iflası beynəlxalq icma üçün “həyəcanlı” mesaj vermiş olardı.

Lavrov bu bəyanatı yanvarın 18-də Təhlükəsizlik Şurasının kütləvi qırğın silıahlarının yayılmaması sahəsində qarşılıqlı etmadın yaradılmasına dair iclasında verib.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump tam adı Birgə Hərtərəfli Hərəkət PLanı (Joint Comprehensive Plan of Action) olan 2015-ci il sazişindən çıxa biləcəyi ilə hədələmişdi.

Lavrov əlavə edib ki, İranla bağlanmış nüvə sazişinin ləğv olunması Şimali Koreyanın nüvə proqramı ilə bağlı yaranmış böhranın çözülməsi yolunda da problemə çevrilə bilər.

Rusiya naziri üstüörtülü şəkildə Trump adminsitrasiyasına eyham vuraraq deyib ki, “biz müəyyən ölkələrin siyasi mənfəətlərinə görə beynəlxalq diplomatiyanın həqiqi nailiyyətlərindən əl çəkə bilmərik”.

Bu həftənin əvvəllərində Moskvada çıxış edərkən Lavrov demişdi ki, İranla nüvə sazişi iflasa uğradığı təqdirdə Şimali Koreya özünün nüvə silahı proqramından əl çəkmək istəməyəcək.

Yanvarın 12-də Trump İran üzərindəki sanksiyasız müddətin daha 120 gün müddətinə artırılması barədə qərar qəbul etsə də, Tehrana “sonuncu dəfə” güzəştə getdiyini bildirib.

Birləşmiş Ştatlar nüvə sazişinin ardınca İrana qarşı sanksiyaları ləğv etsə də, Tehranın ballistik raket proqramı, terrorizm və insan haqları ilə bağlı İran üzərindəki bir sıra cəzaslandırıcı məhdudiyyətləri qüvvədə saxlayıb.

Tehran 2015-ci il nüvə sazişinə hər hansı düzəliş və ya əlavə edilməsini istisna etdiyini bildirib, sazişin tərəfləri olan Britaniya, Fransa, Çin və Rusiya isə bu sənədin müdafiəsinə qalxıblar.

BMT baş katibi Antonio Guterres Təhlükəsizlik Şurasına müraciətində deyib ki, nüvə sazişinin saxlanması dünyanın marağındadır.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley bildirib ki, Şimali Koreya “öz xalqının aclıq çəkdiyi bir vaxtda nüvə silahı proqramını məsuliyyətasicəsinə inkişıaf etdirir”.

İran məsələsinə gəlincə isə Haley bildirib ki, Tehran “dünyanın qeyri-stabil hissəsində sabitsizliyin əsas səbəbi olaraq qalır”.

Haley habelə Rusiyanı Suriyadakı qaz hücumlarının araşdırılmasına dair qətnaməyə veto qoyduğuna görə tənqid edib. O Moskvanı Assad rejimini dəstəkləməkdə günahlandırıb.

Lavrov bildirib ki, beynəlxalq icma Dəməşqə qarşı “əsassız ittihamlar” irəli sürür.

Təlükəszilik Şurasının iclasına sədrlik edən prezidenti Nursultan Nazarbayev Şimali Koreyanı Qazaxıstandan nümunə götürərək nüvə ambisiyalarından əl çəkməyə çağırıb.

Nazarbayev bildirib ki, Astana nüvə silahlarından əl çəkməklə həm özünü, həm də beynəlxalq reputasiyasını möhkəmləndirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG