Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:49

Təhlükəsizlik Şurası İranın raket sınağını 'qapalı' müzakirə edir


ABŞ-ın BMT-dəki səfiri Nikki Haley
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley

Dekabrın 4-də BMT Təhlükəsizlik Şurası İranın son raket sınağını müzakirə etmək üçün görüşür. ABŞ və onun müttəfiqləri Tehranı BMT TŞ-nin üç il bundan əvvəl qəbul edilmiş qətnaməsini pozmaqda ittiham edirlər.

Görüşdən əvvəl ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Təhlükəsizlik Şurasını İranın ötən həftəsonu həyata keçirdiyi ballistik raket sınağını “təhlükəli və narahatedici” kimi pisləməyə çağırıb:

"Birləşmiş Ştatlar İranın Yaxın Şərqdə bilərəkdən sabitsizlik yaratmaq cəhdləri və onun beynəlxalq normalara əməl etmədiyi barədə dünyaya dəfələrlə xəbərdarlıq edib. Beynəlxalq icma İranın Təhlükəsizik Şurasının qətnaməsini hər dəfə belə açıq pozmasını görməməzliyə vurmaqda davam edə bilməz".

Fransa İranın raket sınağını “təxribatçı və pozucu” adlandırıb və deyib ki, bu BMT-nin 2231 nömrəli qətnaməsinin müddəalarına ziddir. Bu qətnamə 2015-ci ildə İran və 6 dünya gücü arasında nüvə sazişinin imzalanması ilə eyni vaxtda qəbul edilib.

Britaniyanın xarici işlər naziri Jeremy Hunt da İranın raket sınağını “təxribatlı, hədəli və qətnaməyə zidd” adlandırıb və deyib ki, London “bunu dayandırmaq” əzmindədir.

İran bildirir ki, onun raket proqramının nüvə sazişi ilə heç bir bağlılığı yoxdur və ölkənin müdafiəsi məqsədini güdür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG