Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:47

BMT İranı etirazçıları ‘atəş açıb öldürməkdə’ ittiham edir (VIDEO)


Michelle Bachelet
Michelle Bachelet

BMT-nin insan haqları üzrə ali komissarı İran təhlükəsizlik qüvvələrini etirazçılara qarşı “sərt zorakılıqdan” istifadədə və ötən ay keçirilən kütləvi etirazlarda “atəş açıb öldürməkdə” ittiham edib.

Xanım Michelle Bachelet dekabrın 6-da deyib ki, o kütləvi etirazlardakı tələfat barədə şəffaflığın olmamasından və minlərlə etirazçının həbsi barədə xəbərlərdən narahatdır:

“Silahlı təhlükəsizlik zabitlərinin İran şəhərlərindən birində ədliyyə idarəsinin damından və bir halda helikopterdən snayper atəşləri açdığını göstərən videolar da daxil mötəbərliyi təsdiqlənmiş videolar etirazçılara qarşı sərt zorakılıq tətbiq edildiyini göstərir”.

Xanım Bachelet daha sonra deyib:

“Bizə göndərilmiş videolardan birində təhlükəsizlik qüvvələrinin silahsız nümayişçilərin qaçmaq istədiyi vaxt onları arxadan güllələdiyini, adamların üzlərinə və həyati orqanlarına atəş açıldığını – bir sözlə, onların öldürüldüyünü göstərir”.

Komissar deyib ki, bunlar beynəlxaql norma və standartların, insan haqlarının aşkar və ciddi şəkildə pozulmasıdır.

İranda etirazlar noyabrın 15-də, hökumət yanacaq qiymətlərini 200 faiz bahalaşdırandan dərhal sonra başlanıb.

Bunun ardınca təhlükəsizlik qüvvələri etirazçıların sıxışdırlmasına başlayıb və ölkədə bir həftə ərazində internetə giriş demək olar tam bloklanıb.

ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi, Vaşinqtonun İran üzrə xüsusi nümayəndəsi Brian Hook dekabrın 5-də bildirib ki, İranda baş vermiş son etirazlarda öldürülənlərin sayı mindən çox ola bilər.

İran hakimiyyət orqanları indiyədək etirazlarla bağlı ölü sayını açıqlamayıb.

Tehran yalnız etirazçıların yanacaq məntəqələrini, polis idarələrini yandırmasını və mağazaları talan etməsini xəbər verib.

Amnesty International insan haqları təşkilatı dekabrın 2-də İran etirazları zamanı 208 nəfərin öldürüldüyünü elan etmişdi.

İran hökuməti bu rəqəmi təkzib edir.

Xanım Bachelet İran rəsmilərini etirazlar barədə “daha şəffaf olmağa”, həbs edilənlərlə ədalətli və qanuni rəftar etməyə, etirazçılara qarşı zorakılıq törədənlərin cəzalandırılmasına, tələfat barədə dəqiq rəqəm verməyə çağırıb:

“İndilik İranda baş verənlər barədə yaranan təəssürat çox narahatedicidir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG