Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:41

ABŞ BMT büdcəsinin ixtisarından məmnundur


ABŞ-ın BMT-dəki Nikki Haley büdcənin ixtisarını alqışlayıb
ABŞ-ın BMT-dəki Nikki Haley büdcənin ixtisarını alqışlayıb

Birləşmiş Ştatlar BMT-nin 2018-2019-cu illər üçün əsas büdcəsinin 285 milyon dollar ixtisar edilməsini alqışlayıb və bunu “düzgün istiqamətdə addım” kimi qiymətləndirib.

Birləşmiş Millətlərin Baş Assambleyası dekabrın 24-də 5 milyard 396 milyon dollarlıq büdcəni təsdiq edib. Bu, 2016-2017-ci maliyyə ilində olduğundan 285 milyon dollar azdır.

Təsdiq olunmuş büdcə habelə baş katib Antonio Guterres-in istədiyi 5, 4 milyard dollardan azacıq azdır.

Birləşmiş Ştatlar hələ də BMT-nin ən böyük üzvlük haqqı ödəyən ölkəsidir. ABŞ büdcənin 22 faizini ödəyir.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley deyib ki, bu, vəsaitə əhəmiyyətli qənaət deməkdir.

O bildirib ki, BMT-nin həddən artıq şişirdilmiş menecmenti və əlavə funksiyaları ixtisar olunub və bu, ABŞ-ın dünya boyunca prioritetlərinin dəstəkləməsinə, habelə bütün BMT sistemində intizamın və hesabatlılığın artmasına xidmət edəcək.

Səfir əlavə edib ki, BMT sistemində “səmərəsizliyin və israfçılığın” olması “məluim məsələ” idi.

Nikki Haley deyib: “Biz bundan sonra Amerika xalqının səxavətindən belə sui-istifadənin və hesabatsız faydalanmanın baş verməsinə yol verməyəcəyik”.

Ötən həftə prezident Donald Trump onun Yerusəlim qərarına qarşı çıxan BMT qətnaməsini dəstəkləyən ölkələri maliyyə yardımının kəsilməsi ilə hədələmişdi.

Buna baxmayaraq həmin qətnamə 128 leyhinə, 9 əleyhinə nisbətində qəbul edildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG