Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:26

BMT Türkiyədə insan haqlarının vəziyyətindən narahatdır


BMT-nin insan haqları komissarı Zeyd Raad al-Hüseyn
BMT-nin insan haqları komissarı Zeyd Raad al-Hüseyn

BMT-nin İnsan Haqları Ali Komissarlığı Türkiyədə kütləvi həbslər və dövlət qulluqçularının kütləvi işdən qovulması halları ilə bağlı dərin narahatlıq bildirib.

AzadlıqRadiosu bildirir ki, prezident Recep Tayyip Erdoğanın hökuməti təkcə ötən həftəsonu 3900 dövlət qulluqçusunu işdən qovub.

Bu hadisələr Erdoğana hədsiz səlahiyyətlər vermiş referendumdan dərhal sonra yer alır.

BMT-nin insan haqları komissarı Zeyd Raad əl-Hüseyn mayın 1-də Cenevrədə keçirilmiş mətbuat konfransında deyib ki, bu qədər böyük rəqəmlərin ortada olduğu bir vaxtda işdən çıxarılma və həbslərin qanun çərçivəsində baş verdiyi ağlabatan deyil.

Zeyd habelə deyib ki, o “Türkiyədə fövqəladə vəziyyətin aprelin 18-dən sonra uzadılmasından da narahatdır”.

Komissarın sözlərinə görə fövqəladə vəziyyət şəraiti ölkədə xof atmosferinin davam etməsi ilə müşayiət olunur.

O deyib ki, Ankaranın terror hücumlarına cavab verməli olduğunu başa düşür, lakin bunun naminə insan haqlarının pozulmasına yol verilməməlidir.

Türkiyədə ötən ilin iyulunda baş tutmamış çevriliş cəhdindən indiyədək 120 min nəfər işdən qovulub və 40 min nəfərdən çox adam həbs edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG