Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:26

Bloqerin ailəsi narazıdır


Aslan Qurbanov
Aslan Qurbanov

Həbsdə olan bloqer Aslan Qurbanovun ailəsi onun haqqında hökm qüvvəyə minmədən cəzaçəkmə müəssisəsinə köçürüldüyünü deyir. Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınlarının sözlərinə görə, bloqerin 7 il azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayəti verilib. Həmin şikayət üzrə heç ilkin baxış iclası keçirilməyib. Amma Qurbanov xeyli vaxtdır ki, 10 saylı Cəzaçəkmə Müəssisəsindədir.

"Bu adam haqqında qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Hökmdən şikayət verilibsə, deməli, hələ hökm qüvvədə deyil. Bunu niyə cəzaçəkmə müəssisəsinə aparıblar, izah eləyən yoxdur. Aparan kimi də "kars"a salıblar", - Qurbanovun yaxınları belə deyir.

"Olur ki, hökmdən sonra dustaq köçürülür"

Bloqerin vəkili Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin cəzaçəkmə müəssisəsinə köçürülməsindən o da məlumatlıdır. Lakin onunla görüşə bilməyib. Çünki cəzaçəkmə müəssisəsində saxlanılan şəxslə görüşmək üçün vəkildən Penitensiar Xidmətin rəsmi icazə məktubu tələb olunur. Namazlı bu məktubu almaq üçün bir müddət öncə Penitensiar Xidmətə müraciət etdiyini deyir: "Bu məktubun alınması bir müddət vaxt aparır. Ona görə görüşə bilməmişəm. Ailə üzvləri orada saxlanma şəraiti ilə bağlı mənə də müəyyən məlumatlar veriblər. Amma mən gedib özü ilə görüşməmişəm, söhbətləşməmişəm deyə, dəqiq bir söz deyə bilmirəm".

Ramazan bayramı ilə əlaqədar ölkədə iş günləri olmadığına görə Penitensiar Xidmətdən deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Penitensiar müəssisələrdəki mənbə isə AzadlıqRadiosuna bildirib ki, bir sıra hallarda istintaq təcridxanalarında dustaqların sayının çoxluğuna görə saxlanma problemi yaşanır: "Olur ki, hökmdən sonra dustaq köçürülür, apellyasiya məhkəməsi başlayanda yenidən istintaq təcridxanasına qaytarılır. Çünki məhkəmələrə dustaqları aparıb-gətirən maşınlar, adətən, istintaq təcridxanalarından gedib-gəlir".

Xatırlatma

2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının həbs etdiyi Aslan Qurbanova aprelin 15-də hökm oxunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib. İddia olunur ki, bloqer Facebook, Instagram kimi sosial media platformalarındakı hesablardan dövlət əleyhinə təbliğat aparıb, milli ayrıseçkilik ehtiva edən paylaşımları olub. Bloqer talışların hüquqlarının pozulması, onların ayrıseçkiliyə məruz qalması haqda həqiqətə uyğun olmayan materialların yayımında ittiham olunur.

Məhkəmənin hökmündə göstərilib ki, o, özünü qismən təqsirli bilir. Amma yaxınları onun ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyir. Apellyasiya şikayətində də hökmün ləğv olunmasını, ona bəraət verilməsini istəyib. O vurğulayıb ki, nə Azərbaycan dövlətinə zərbə vurub, nə də belə bir niyyəti olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG