Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 04:02

Təhlükəsizlik Şurasında Ukrayna iclasına Lavrov da qatılıb


Sergey Lavrov BMT TŞ-də
Sergey Lavrov BMT TŞ-də

ABŞ dövlət katibi Entoni Blinken üzv ölkələri nüvə hədələrinin yolverilməzliyi barədə Moskvaya aydın siqnal verməyə çağırıb

BMT Təhlükəsizlik Şurasında Ukraynada yaranmış vəziyyətə həsr olunmuş iclasda çıxış edən ABŞ dövlət katibi Entoni Blinken üzv ölkələri nüvə hədələrinin yolverilməzliyi barədə Moskvaya aydın siqnal verməyə çağırıb.

Təhlükəzizlik Şurasının sentyabrın 22-də keçirilən iclasında Blinken və başqa Qərb diplomatları ilə yanaşı Ukraynanın xarici işlər naziri Dmitro Kuleba, habelə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edirlər.

Blinken çıxışında vurğulayıb ki, TŞ üzvləri Ukraynaya müdaxiləyə əmr vermiş və bu ölkənin işğal olunmuş ərazilərinin qəsbinə çalışan Rusiya prezidenti Vladimir Putinə qarşı çıxmalıdırlar.

O bilirib ki, Putinin bu hərəkətləri mövcud dünya nizamı prinsipinə təhlükə yaradır.

Bütün təcavüzkarlara mesaj

Blinken əlavə edib ki, ABŞ, habelə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən beynəlxalq birlik məhz bu dünya nizamının müdafiəsi üçün səy göstərirlər:

"Əgər biz Kremlin kobud surətdə pozduğu bu prinsipi müdafiə edə bilməsək, onda bütün təcavüzkarlara siqnal verərik ki, onlar da bu prinsipə məhəl qoymaya bilərlər. Beləliklə biz hər bir ölkəni təhlükə qarşısında qoyarıq”.

Dövlət katibinin fikrincə, Putin "qəddarlıqla minlərlə ukraynalını didərgin salır və avtobuslarla Rusiya vətəndaşlarını gətirir ki, Ukrayna ərazilərinin ilhaqı üçün səsvermənin nəticələrini manipulyasiya etsin".

Bundan əvvəl ABŞ, Qərb və Avropa İttifaqı bildirmişdi ki, Ukraynada Rusiyanın təyin etdiyi administrasiyaların keçirdiyi referendumların nəticələrini tanımayacaq.

Rusiya referendumların 23-27 sentyabrda qondarma DXR və LXR ərazilərində, habelə Xerson və Zaporojye vilayətlərində keçirməyi planlaşdırır.

Lavrovun əks-ittihamları

BMT TŞ-nin iclasında çıxış edən Sergey Lavrov Ukraynada baş verənləri “cəzasızlıq” adlandırıb. O deyib ki, bu cəzasızlıq 2014-vü ildən davam edir.

Lavrov çıxışında Ukraynaya dəstək verən Qərb ölkələrini döyüş əməliyyatlarını maksimum uzatmaq və Rusiyanı “üzmək və zəiflətmək” cəhdində ittiham edib.

O bildirib ki, “kollektiv Qərb” artıq Ukraynadakı münaqişənin tərəfinə çevrilib.

Lavrov habelə Beynəlxalq Ədalət Məhkəməsinə inamsızlıq ifadə edib:

"Biz səkkiz il müddətində Ukraynada cəzasızlıqla mübarizənin başlayacağını gözləmişik. Biz daha ədalətə ümid bəsləmirik. Gözləmə vaxtı başa çatıb”.

Beynəlxalq Ədalət Məhkəməsinin prokuroru Kərim Xan sentyabrın 22-də BMT Təhlükəsizlik Şurasına Ukraynada mümkün hərbi cinayətlərin araşdırılmasına dair hesabat verməli idi.

Moskva Ukraynada hərbi cinayətlər törətməsinə dair iddiaları rədd edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG