Bu gün, yanvarın 17-də Bakı Biznes Mərkəzində 7-ci Azərbaycan-Çexiya biznes forumu keçirilib.
Tədbirdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Buna da bax: Davos elitası etimadsızlıqla üz-üzə
Forumun işində iki ölkənin 160 biznes təmsilçisi ilə yanaşı, Çexiya Respublikasının Sənaye və Ticarət naziri Yan Mladek iştirak edib. Şirkətlər kənd təsərrüfatı, sənaye, maliyyə, sosial sektor, tikinti, logistika və başqa sahələri təmsil edir.
“Azərbaycanda Çex kapitallı 19 şirkət fəaliyyət göstərir”, deyə iqtisadiyyat naziri Şahin Mustafayev forumda bildirib.
Buna da bax: Dünyanı gözləyən risklər
Onun sözlərinə görə, indiyədək Çexiya Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar investisiya yatırılıb. Çexiya şirkətləri dəyəri 1,6 milyard manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər.
Sabah, yanvarın 18-də Bakıda 4-cü Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçiriləcək.